BirKart-la taksitli alış-veriş 50 AZN-dək vəsait qazandırır - ŞƏRTLƏR
(®) BirKart müştərilərə daha bir qazandıran kampaniya təqdim edir.
Artıq geyim, ayaqqabı, parfümeriya, kosmetika, aksesuar və dəftərxana sahəsi üzrə partnyor mağazalarında taksitli alış-veriş etdikdə 50 AZN-dək əlavə vəsait qazanmaq mümkündür.
Şərtlərə görə, kampaniya müddətində BirKart sahibləri toplam 300 – 499,99 AZN arası taksit etdikdə 10 AZN, 500 – 999,99 AZN arası taksit etdikdə 30 AZN, 1000 AZN və daha yuxarı məbləğdə taksitli alış-veriş etdikdə isə 50 AZN qazanacaqlar.
BirKart sahibləri məbləği həm bir əməliyyatla, həm də bir neçə əməliyyat edərək toplaya bilərlər. İştirak üçün minimal və maksimal əməliyyat məbləğləri mövcud deyil. Qazanılan vəsait 3 iş günü ərzində kartın balansına mədaxil edilir. Hər müştəri kampaniya müddətində maksimum 50 AZN qazana bilər. Kampaniya 30 sentyabr 2021-ci il tarixinədək davam edəcək. Ətraflı məlumat üçün – https://kbl.az/bkp50.
Qeyd edək ki, BirKart-ın 4 növü var – taksit, taksit/cashback, taksit/miles və taksit/Umico. BirKart bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 40 günədək güzəşt müddəti, istənilən aviabiletə dəyişilməsi mümkün olan millərin toplanması, həmçinin 1,5%-dən başlayan keşbek və Umico bonusu imkanı, SMS məlumatlandırma xidməti isə pulsuzdur. BirKart-ın ölkə üzrə 8000-dən artıq partnyor şəbəkəsi fəaliyyət göstərir və bu say artmaqdadır.
BirKart haqqında ətraflı məlumat üçün www.birkart.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook səhifəsinə www.facebook.com/birkart.az müraciət edə bilərsiniz. BirKart sifarişi üçün həmçinin 8196 qısa nömrəsinə SMS və ya (+994 50) 999 81 96 nömrəsinə WhatsApp vasitəsilə, həmçinin BirKart mərkəzlərinə müraciət etmək olar.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
10 saat əvvəl
YouTube-un illik gəliri 60 milyard dolları keçib: Ən çox qazanan kontent istehsalçısı kim olub?
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 2 gün əvvəl
-
2 gün əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
2 gün əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
YouTube-un illik gəliri 60 milyard dolları keçib: Ən çox qazanan kontent istehsalçısı kim olub?
Fevralın 15-də gözlənilən hava şəraiti
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Prezident İlham Əliyev Almaniyada səfərdədir






















