Prezident nazir təyin etdi - SƏRƏNCAM
Prezident İlham Əliyev "F.F.Qayıbovun Azərbaycan Respublikasının gənclər və idman naziri təyin edilməsi haqqında" Sərəncam imzalayıb.
Marja xəbər verir ki, Sərəncama əsasən, Fərid Fazil oğlu Qayıbov Azərbaycan Respublikasının gənclər və idman naziri təyin edilib.
Qeyd edək ki, bu təyinata qədər F. Qayıbov Azərbaycan Gimnastika Federasiyasında (AGF) çalışıb.
Xatırladaq ki, sabiq gənclər və idman naziri Azad Rəhimov bu ilin aprelində 56 yaşında ağciyər xərçəngi və qaraciyər serrozundan vəfat edib.
XXX
F.Qayıbov 1979-cu ildə Bakıda doğulub.
O, Azərbaycan Xalq Təsərrüfatını İdarəetmə İnstitutunun Biznesin təşkili və idarə edilməsi fakültəsini bitirib.
Yeni nazir 2000-2001-ci illərdə Azərbaycan Dövlət Neft Şirkətində çalışıb. 2003-2005-ci illərdə Azərbaycan Gimnastika Federasiyasının (AGF) idman və logistika meneceri olub.
2005-2006-cı illərdə AGF-nin baş meneceri olub.
2006-cı ildə federasiyanın hesabat-seçki konfransında Baş katib seçilib. 2010-cu ildə ikinci dəfə, 2015-ci ildə isə 3-cü dəfə federasiyanın baş katibi olub.
2006-2007, 2008-2009 və 2013-2014-cü illərdə bədii gimnastika üzrə Bakıda keçirilən 3 Avropa çempionatının Yerli Təşkilat Komitələrinin icraçı direktoru vəzifəsini icra edib.
2013-cü ildə Avropa Gimnastika İttifaqının vitse-prezidenti seçilib. Buna görə də həmin ittifaqın şura üzvlüyündən imtina edib. 2013-cü ildən Milli Olimpiya Komitəsinin üzvüdür.
O, həmçinin Olimpiya Oyunlarının (Pekin-2008, London-2012 və Rio-2016) nümayəndə heyətinin üzvü, müxtəlif gimnastika növləri üzrə Avropa və Dünya Çempionatlarının nümayəndə heyətlərinin başçısı, 2014-cü ildən 2017-ci ilə qədər gimnastika növləri üzrə Avropa Çempionatlarında Apellyasiya Hakimlər Briqadasının prezidenti olub.
2017-ci ildə Xorvatiyanın Split şəhərində Avropa Gimnastika İttifaqının (UEG) 27-ci hesabat-seçki xarakterli Konqresində bu qurumun prezidenti seçilib və prezident seçilməsi ilə əlaqədar, federasiyanın Baş katibi vəzifəsindən istefa verib. 2018-ci ildən UEG-də prezident səlahiyyətlərini icra edir və avtomatik olaraq Beynəlxalq Gimnastika Federasiyasının İcra Komitəsinin üzvüdür.
Tokio-2020 Olimpiya Oyunları çərçivəsində gimnastika növləri üzrə yarışlarda Apellyasiya Hakimlər Briqadasının üzvü olub.
Fərid Qayıbov 2017-ci ildə Prezident İlham Əliyev sərəncamı ilə “Azərbaycan Respublikasının fəxri diplomu” ilə təltif edilib.
Fərid Qayıbov evlidir və 3 övladı var.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 2 saat əvvəl
-
- 2 saat əvvəl
-
3 saat əvvəl
Banklarda bazar risklərinin idarə edilməsi üzrə yeni tənzimləmə çərçivəsi təsdiq edilib
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
-
6 saat əvvəl
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
- 6 saat əvvəl
-
7 saat əvvəl
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Kino Agentliyində yeni təyinatlar olub - YENİLƏNİB
KİV: İrandakı etirazlarda ölənlərin sayı 3 minə çatıb
“Azneft”dən hava şəraitinin dəyişməsi ilə bağlı açıqlama
Gümüş rekorddan "doymur"
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
Ən çox oxunanlar
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
Prezident süxurların partladılması üçün rəmzi düyməni basdı - Çinə 1,6 milyard manatlıq məhsul ixrac olunacaq
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub.
"Dövlət istiqrazlarının böyük hissəsi büdcədən vəsait alan hüquqi şəxslərin əlində cəmləşib"





















