Aviaşirkətlər bu il də böyük zərər edəcək - 300 milyard dollardan çox
Pandemiya sərnişin daşıyıcılarını “böyrü üstə qoyub” - daha ikisi borclanır...Ötən il əksər iqtisadi sahələri çökdürən koronavirus pandemiyası təkcə hava yolu şirkətlərinə 371 milyard dollar zərər verib.
Marja xəbər verir ki, bu barədə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) sentyabrın əvvəlində yenilənən son hesabatında qeyd olunur.
Karantinə və səyahət qadağalarına görə, 2020-ci ildə 2019-cu illə müqayisədə 60% və ya 2,7 milyard nəfər daha az sərnişin daşınıb. ICAO-nun son hesablamalarına görə, cari ildəki sərnişin sayı da 2019-cu ildən ən azı 800 milyon nəfər (yaxud, - 32%) aşağı olacaq. 2021-ci ildə aviaşirkətlərin zərəri isə 310-320 milyard dollar ətrafında dəyişəcək.
Yaranmış vəziyyətdə əksər iri hava yolu şirkətləri xilas yolunu kütləvi borclanmada və səhmdarlardan əlavə vəsait cəlb etməkdə görür. Yaponiyanın və Asiyanın ən iri aviakompaniyalarından olan Japan Airlines əlavə 300 milyard yen (2,7 milyard dollar) borclanmaya gedir. Şirkət ötən il zərərin bir hissəsini qarşılamaq üçün səhmlərindən 1,8 milyard dollarlıq hissə satmışdı.
Daha bir şirkət - Britaniyanın ucuzqiymətli hava yolları easyJet isə bir sıra banklarla 400 milyon dollar həcmində kredit barədə razılığa gəlib. Həmçinin, şirkət 1,2 milyard funt (1,7 milyard dollar) dəyərində səhm satmağı planlaşdırır.
Xatırladaq ki, ötən il easyJet 25 illik tarixində ilk dəfə olaraq 2,75 milyard dollar zərər edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 56 d. əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
2 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı sahəsində birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə etdi
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Ən çox oxunanlar
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım



























