Rusiyada yanacaqdoldurma məntəqələri kütləvi iflasın astanasındadır
Rusiyada yanacağın pərakəndə satışı altı aydan çoxdur ki, zərərli vəziyyətdədir.
"Topdan və pərakəndə satış qiymətləri arasındakı fərq aradan qalxmazsa, müstəqil yanacaqdoldurma məntəqələri kütləvi iflasa gedə bilər". Marja xəbər verir ki, bu fikri Rusiyadakı "Shell" yanacaqdoldurma məntəqələri şəbəkəsinin inkişafı və əməliyyat idarəçiliyi üzrə direktoru Vitali Maslov söyləyib.
Dünya neft qiymətlərinin artması ixrac alternativinin cəlbediciliyini artırıb. Neft emalı zavodları yanacağı daha yüksək qiymətlər ilə ixrac edirlər, daxili bazara da aşağı qiymət ilə satmaq niyyətində deyillər.
“Rusiya neft emalı zavodları istehsal olunan dizel yanacağının 50%-ə qədərini və benzinin təxminən 15% -ni ixrac edirlər. Təbii ki, ixrac satışları daha çox gəlir gətirir. Buna görə də, qiymətlərin ixrac alternativi səviyyəsinə qaldırılması üçün daimi bir proses gedir”,- Maslov bildirib.
Maslov xatırladıb ki, ilin əvvəlindən yanacağın topdan satış qiymətləri 25-30%, pərakəndə satış qiymətləri isə cəmi 3-6% artıb. Nəticədə, səkkiz aydı bütün müstəqil yanacaq pərakəndə satış sektoru "mənfi gəlirlilik zonasında fəaliyyət göstərir".
"Yəni yanacaq işində qazandığımız xərcləri ödəmək üçün kifayət deyil", - Maslov deyib.
"Belə bir vəziyyətdə biznes özünü çox narahat hiss edir. Düşünürəm ki, elementar iflas seriyası başlaya bilər", -"Shell Russia"nın menecerilərindən biri olan deyib Masloəlavə edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 6 d. əvvəl
-
-
40 d. əvvəl
Ötən il dövlət büdcəsinin icrasında 528 milyon manatlıq artıqlıq yaranıb
-
41 d. əvvəl
ABB-nin ipoteka krediti ilə “Gəncə Park City”-də mənzil sahibi olun! - ŞƏRTLƏR
- 49 d. əvvəl
-
1 saat əvvəl
“AFB Bank” kredit portfellərinin artım sürətində bütün bankları geridə qoyub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Türkiyə kapitallı bank Azərbaycanda biznes kreditləri portfelini kəskin artıb
-
2 saat əvvəl
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
- 2 saat əvvəl
-
3 saat əvvəl
Çinin əhalisi azalmaqda davam edir - 1949-cu ildən bəri bir ilk yaşanıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım
Yanvarın 20-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
Dövlət bankının kredit portfelində azalma
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir



























