Rusiyanın cari hesablarında rekord artıqlıq
Əvəzində özəl sektor ölkədən 51 milyard dollar çıxarıb....2021-ci ilin yanvar-avqust aylarında Rusiya Federasiyasının tədiyyə balansında cari hesablar üzrə rekord profisit (artıqlıq) qeydə alınıb.
Marja Rusiya Mərkəzi Bankının açıqlamasına istinadla xəbər verir ki, qeyd olunan dövrdə profisit 69,7 milyard dollar təşkil edib. Bu rəqəm ötən ilin müvafiq dövründən (25,3 milyard dollar) 2,8 dəfə çox olmaqla bərabər, həm də son 8 ilin rekord göstəricisidir.
Cari hesablarda profisit əsasən ticarət balansında müsbət saldonun ötən illə müqayisədə 1,8 dəfə artması (58,3 milyard dollardan 106,4 milyard dollara qədər) hesabına təmin edilib. Əvəzində, özəl sektorun son 8 ayda Rusiyadan çıxardığı vəsait sürətlə artıb - ötən ilki 35,6 milyard dollar əvəzinə, 2021-ci ilin yanvar-avqustunda 51,1 milyard dollar.
Strateji valyuta ehtiyatları da yanvar-avqust aylarında 40,8 milyard dollar artaraq, sentyabrın əvvəlində 620,8 milyard dollara çatıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 6 d. əvvəl
-
-
40 d. əvvəl
Ötən il dövlət büdcəsinin icrasında 528 milyon manatlıq artıqlıq yaranıb
-
41 d. əvvəl
ABB-nin ipoteka krediti ilə “Gəncə Park City”-də mənzil sahibi olun! - ŞƏRTLƏR
- 49 d. əvvəl
-
1 saat əvvəl
“AFB Bank” kredit portfellərinin artım sürətində bütün bankları geridə qoyub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Türkiyə kapitallı bank Azərbaycanda biznes kreditləri portfelini kəskin artıb
-
2 saat əvvəl
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
- 2 saat əvvəl
-
3 saat əvvəl
Çinin əhalisi azalmaqda davam edir - 1949-cu ildən bəri bir ilk yaşanıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım
Yanvarın 20-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
Dövlət bankının kredit portfelində azalma
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir

























