11 rayon mərkəzi xəstəxanası ilə diaqnostika mərkəzləri birləşdiriləcək - SİYAHI
“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən cari ildə səhiyyə sistemində aparılan islahatlar çərçivəsində növbəti addım müalicə-diaqnostika mərkəzlərinin rayon/şəhər mərkəzi xəstəxanalarına birləşdirilməsi ilə bağlıdır. Tibb müəssisələrinin strukturu ilə bağlı həyata keçirilən bu yeniliyin məqsədi xəstəxanaların kadr potensialı ilə maddi-texniki resurslarının birləşdirilməsi nəticəsində tibbi xidmətlərin keyfiyyətinin və onlara əlçatanlıq səviyyəsinin yüksəldilməsidir”.
Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib.
Qeyd olunub ki, eyni zamanda bir şəhər və ya rayonda vahid tibb müəssisəsinin yaradılması daha effektiv idarəetmə sisteminə təkan verəcək, həm həkim və qeyri-tibb heyətinin əməkhaqları artacaq, həm də maliyyə vəsaitlərindən daha səmərəli istifadə təmin olunacaq.
Birləşdirilməsi nəzərdə tutulan tibbi müəssisələrinin siyahısı:
1. Lənkəran Rayon Mərkəzi Xəstəxanası və Lənkəran Müalicə-Diaqnostika Mərkəzi
2. Şirvan Şəhər Mərkəzi Xəstəxanası və Şirvan Müalicə Diaqnostika Mərkəzi
3. Qəbələ Rayon Mərkəzi Xəstəxanası və Qəbələ Müalicə-Diaqnostika Mərkəzi
4. Füzuli Rayon Mərkəzi Xəstəxanası və Füzuli Müalicə-Diaqnostika Mərkəzi
5. Quba Rayon Mərkəzi Xəstəxanası və Quba Müalicə-Diaqnostika Mərkəzi
6. Qazax Rayon Mərkəzi Xəstəxanası və Qazax Müalicə-Diaqnostika Mərkəzi
7. Bərdə Rayon Mərkəzi Xəstəxanası və Bərdə Müalicə-Diaqnostika Mərkəzi
8. Cəlilabad Rayon Mərkəzi Xəstəxanası və Cəlilabad Müalicə-Diaqnostika Mərkəzi
9. Zaqatala Rayon Mərkəzi Xəstəxanası və Zaqatala Müalicə-Diaqnostika Mərkəzi
10. Şamaxı Rayon Mərkəzi Xəstəxanası və Şamaxı Müalicə-Diaqnostika Mərkəzi
11. Tovuz Rayon Mərkəzi Xəstəxanası və Tovuz Hemodializ və Diaqnostika Mərkəzi
Sorğuya cavab olaraq bildirilib ki, hazırda Bakı şəhəri üzrə tibb müəssisələri 3 səviyyə üzrə qruplaşdırılıb:
“Birinci səviyyə olan ilkin səhiyyə xidmətinin göstərilməsi məqsədilə Ailə Sağlamlıq Mərkəzlərinin yaradılması nəzərdə tutulub. Belə ki, bu günə qədər poliklinikada birgə göstərilən ilkin səhiyyə xidməti və ixtisaslaşdırılmış poliklinik xidmətin bir-birindən ayrılaraq müstəqil fəaliyyət göstərməsi nəzərdə tutulub. Ailə Sağlamlıq Mərkəzlərində yalnız ilkin səhiyyə xidməti çərçivəsində tibbi xidmətlər göstəriləcək. Hazırda bu islahat Nərimanov rayonundakı tibb müəssisələrində həyata keçirilir.
İkinci səviyyəyə aid olan tibb müəssisələrində isə əhaliyə ambulator-stasionar tibbi xidmətlər göstərilir. Aparılan struktur dəyişikliyinə əsasən Bakı şəhərinin rayonları üzrə 11 tibb mərkəzi yaradılıb və paytaxtda çoxprofilli stasionar və ixtisaslaşdırılmış poliklinik xidmət göstərən tibb müəssisələri müvafiq ərazi üzrə tibb mərkəzlərinin tabeliyinə verilib. Bunlar Kliniki Tibbi Mərkəz (Nəsimi, Yasamal, Səbail), Nərimanov, Nizami, Sabunçu, Binəqədi, Suraxanı, Lökbatan, Qaradağ, Xətai, Pirallahı və Xəzər tibb mərkəzləridir.
Üçüncü səviyyəyə isə elmi-tədqiqat institutları və ixtisaslaşmış tibbi mərkəzlər aiddir ki, onların bəzilərinin fəaliyyətinin optimallaşdırılması məqsədilə müəyyən struktur dəyişikliklərinin aparılması nəzərdə tutulub”.
Telegramda Marja.az səhifəsinə abunə olun
APA
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 14 saat əvvəl
-
- 14 saat əvvəl
-
14 saat əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 1 gün əvvəl
-
1 gün əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
1 gün əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
-
1 gün əvvəl
Bu avtomobillərin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Fevralın 15-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Prezident İlham Əliyev Almaniyada səfərdədir
Rusiya Mərkəzi Bankı faiz dərəcəsini ardıcıl 6-cı dəfə endirib - Qərar bazar üçün gözlənilməz olub
























