VIP istifadəçilər “kefləri istəyəni edir”, Zuckerberg isə bizə “nağıl danışır”...
Yeni araşdırma Facebook haqqında narahatedici faktları üzə çıxarıb.Facebook istifadəçilərin paylaşımlarının yoxlanması və qaydaları pozan kontentin silinməsində konkret ayrı-seçkilik edir.
Marja xəbər verir ki, məşhur mətbu orqanı The Wall Street Journal-ın dünyanın ən iri sosial şəbəkəsi ilə bağlı araşdırmasında bu barədə qeyd olunur.
Jurnalın əldə etdiyi Facebook-a məxsus daxili sənədlərə görə, 5,8 milyon VIP hesab (siyasətçilər, dövlət xadimləri, məşhurlar, jurnalistlər və s.) “cross check”, yaxud qısaca - “XCheck” proqramı sayəsində təhqir, zorakılıq və bu kimi qaydalara zidd məzmunlu paylaşımları rahatlıqla edir. Qeyd olunan istifadəçilər Facebook-un tətbiq etdiyi ümumi senzura və kontentin redaktəsinə məruz qalmır.
Konkret hallara misal olaraq, 2019-cu ildə Braziliyalı futbol ulduzu Neymarın onu zorakılıqda günahlandıran bir qadının şəxsi şəkillərini paylaşması və uzun müddət həmin paylaşımın silinməməsi, ABŞ-ın sabiq prezidenti Donald Trampın irqçi paylaşımları və s. kimi yüzlərlə faktlar var.
Son 5 ildə 100 milyard dollardan artıq mənfəət əldə edən Facebook-un təkcə bu tipli “ağ siyahılar”a nəzarət etmək üçün 45 komandası çalışır. Ötən il qaydaları pozan paylaşımlar silinməzdən və ya redaktə olunmazdan öncə, toplam 16,4 milyard dəfə görünüb. Bu isə şirkətin qurucusu, “Facebook-un hamıya bərabər söz azadlığı təmin etdiyini” iddia edən Mark Zuckerberg-in həqiqəti söyləmədiyini göstərir....
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 42 d. əvvəl
-
-
1 saat əvvəl
Türkiyə kapitallı bank Azərbaycanda biznes kreditləri portfelini kəskin artıb
-
1 saat əvvəl
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Çinin əhalisi azalmaqda davam edir - 1949-cu ildən bəri bir ilk yaşanıb
-
1 saat əvvəl
Bu məhsulu rəy olmadan idxal və ixrac edən şirkət 2500 manatadək cərimə ediləcək
-
1 saat əvvəl
Duracağa gətirilən avtomobil haqq ödənildikdən dərhal sonra sahibinə qaytarılacaq
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda neft hasilatı 4,8 faiz azalıb, qaz hasilatı isə 0,7 faiz artıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Yanvarın 20-də gözlənilən hava şəraiti
Dövlət bankının kredit portfelində azalma
Ən çox oxunanlar
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir
“Avtomagistral” anlayışı dəyişir
5 bankın aktivləri 2,5 milyard manatdan çoxdur - SİYAHI

























