Kreml Avropada qazın qiymətinin artmasına münasibət bildirdi
Rusiya liderinin sözçüsü Dmitri Peskov bildirib ki, Avropada spot qaz qiymətlərinin artmasının Rusiya ilə heç bir əlaqəsi yoxdur.
Marja xəbər verir ki, Peskov, "Bu proseslərin Rusiya ilə heç bir əlaqəsi yoxdur, üstəlik, bu qaz qiymətləri də boru qazının qiymətlərinə təsir etmir", deyib.
Peskov qeyd edib ki, Avropada boru kəməri qazı alanlar yüksək qiymət dəyişkənliyinə məruz qalmırlar, çünki dəyəri fərqli bir düsturla hesablanır.
"Əlbəttə ki, "Nord Stream 2"nin mümkün olan ən erkən istismara verilməsi Avropada təbii qazın bazar qiyməti parametrlərini əhəmiyyətli dərəcədə tarazlaşdıracaq", o deyib.
Bu gün Avropa fyuçers bazarında təbii qazın qiyməti tarixdə ilk dəfə olaraq 1000 kubmetr üçün 950 dolları keçib.
Rusiya hökuməti yanında Maliyyə Universitetinin enerji mütəxəssisi İqor Yuşko verdiyi müsahibəsində, Avropada qiymət artımının səbəbinin mayeləşdirilmiş təbii qaz çatışmazlığı olduğunu bildirib.
Milli Enerji İnstitutunun direktoru Sergey Pravosudov isə, verdiyi müsahibəsində, yeraltı anbarlarda qazın az olması və qışda bunun kifayət etməyəcəyi qorxusundan treyderlərin birjalarda qiyməti artırdığını deyib.
Ekspertlər, Avropada qazın qiymətinin müəyyən şərtlər altında 1000 kubmetr üçün 1000 dollara çata biləcəyini etiraf etdilər.
Həmçinin yanacağın qiyməti Asiyadakı qaz bazarındakı vəziyyətdən, Avropadakı havadan və "Şimal axını 2"nin işə salınma vaxtından asılı olacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 33 d. əvvəl
-
-
59 d. əvvəl
Türkiyə kapitallı bank Azərbaycanda biznes kreditləri portfelini kəskin artıb
-
1 saat əvvəl
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Çinin əhalisi azalmaqda davam edir - 1949-cu ildən bəri bir ilk yaşanıb
-
1 saat əvvəl
Bu məhsulu rəy olmadan idxal və ixrac edən şirkət 2500 manatadək cərimə ediləcək
-
1 saat əvvəl
Duracağa gətirilən avtomobil haqq ödənildikdən dərhal sonra sahibinə qaytarılacaq
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda neft hasilatı 4,8 faiz azalıb, qaz hasilatı isə 0,7 faiz artıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Yanvarın 20-də gözlənilən hava şəraiti
Dövlət bankının kredit portfelində azalma
Ən çox oxunanlar
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir
“Avtomagistral” anlayışı dəyişir
5 bankın aktivləri 2,5 milyard manatdan çoxdur - SİYAHI

























