Pakistan rupini sabitləşdirmək üçün 3 ayda bazarda 1,2 milyard dollar yerləşdirib
Pakistan Dövlət Bankı (Mərkəzi Bank) son üç ayda Pakistan rupisinin məzənnəsini sabitləşdirmək üçün 1,2 milyard dollarlıq ehtiyatlarından banklararası bazara yerləşdirib.
Marja xəbər verir ki, "Express Tribune" qəzetinin çərşənbə günü hökumət mənbələrinə istinadən verdiyi məlumata görə, Pakistanın gündəlik müdaxilələri iyul ayında 100 milyon dollar, avqustda isə 85 milyon dollar təşkil edib. Son 3 ayda Rupini dəstəkləmək üçün ayrılan vəsait, İslamabadın bu ilin iyul ayında 5,9%-dən 8,5% -ə qədər olan faizlərlə aldığı 1 milyard dollarlıq Avrobond kreditindən bir qədər yüksəkdir.
"2019-cu ilin iyun ayından etibarən Pakistan, məzənnənin bazar tələbi və təklif şərtləri ilə təyin olunduğu bazara əsaslanan çevik məzənnə sisteminə keçib. Bu sistem çərçivəsində, Mərkəzi Bankın valyuta bazarına müdaxilələrinin rolu, əsas tendensiyanı basdırmadan, bazarın nizamsız vəziyyətinin qarşısını almaqla məhdudlaşır", - deyə qəzet Mərkəzi Bankın nümayəndəsi Abid Kamaranın açıqlamasına istinad edir.
İslamabadın davamlı olaraq zəifləyən Pakistan rupisini dəstəkləmək üçün 2018-ci ilin yayından bu yana ən azı 5,8 milyard dollar satıb.
Sentyabrın 14-də banklararası bazarda Pakistan valyutası dollara nisbətdə ən aşağı həddə -168.94 rupiyə çatıb. Cari maliyyə ilinin əvvəlindən (1 iyul 2021) Pakistanın milli valyutası 7.28% və ya 11.51 rupi dəyərdən düşüb. Asiya İnkişaf Bankının (AİB) mütəxəssisləri bunun səbəblərini İslamabadın milli iqtisadiyyatın əsas problemlərini həll etmədən genişləndirici maliyyə və pul siyasəti yürütməsində görürlər. Başqa bir səbəb, iqtisadi artımın borc hesabına maliyyələşdirilməsidir ki, bu da analitiklərin fikrincə, ölkənin tədiyyə balansı böhranı şəraitində son dərəcə qəbuledilməzdir.
Böhran, 2021-ci ilin iyul-avqust aylarında Pakistanın idxalı yeni iki aylıq rekord həddə - 12.1 milyard dollara çatması ilə artıb və bu, tədiyyə balansının kəsirini 2020-ci ilin eyni dövrü ilə müqayisədə 120% artaraq 7.5 milyard dollara çatdırıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 32 d. əvvəl
-
-
58 d. əvvəl
Türkiyə kapitallı bank Azərbaycanda biznes kreditləri portfelini kəskin artıb
-
1 saat əvvəl
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Çinin əhalisi azalmaqda davam edir - 1949-cu ildən bəri bir ilk yaşanıb
-
1 saat əvvəl
Bu məhsulu rəy olmadan idxal və ixrac edən şirkət 2500 manatadək cərimə ediləcək
-
1 saat əvvəl
Duracağa gətirilən avtomobil haqq ödənildikdən dərhal sonra sahibinə qaytarılacaq
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda neft hasilatı 4,8 faiz azalıb, qaz hasilatı isə 0,7 faiz artıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Yanvarın 20-də gözlənilən hava şəraiti
Dövlət bankının kredit portfelində azalma
Ən çox oxunanlar
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir
“Avtomagistral” anlayışı dəyişir
5 bankın aktivləri 2,5 milyard manatdan çoxdur - SİYAHI



























