Bayden vergi ödəməyən amerikalı milyarderləri qınadı - 160 MİLYARD DOLLAR..
ABŞ Prezidenti Co Bayden cümə axşamı günü heç bir vergi ödəməyən amerikalı milyarderləri və iri şirkətləri tənqid edib.
"İşləyənlərin 99%-i ödəməli olduqları vergiləri ödəyir, amma on milyonlarla dolları olan insanlar üçün işlər çox fərqlidir. Fərqli qaydalarla oynayırlar, buna görə Daxili Gəlir Xidməti nə qədər qazandıqlarını bilmir. Belə ki, bu varlıların bir hissəsi heç nə ödəmirlər", - Marja xəbər verir ki, ABŞ Prezidenti deyib.
Bayden, "Ciddi iqtisadçılar hesablamışlar ki, bu rəqəm təxminən 160 milyard dollardır ki, onların da (vergidən yayınan ən varlı amerikalılar - red) bunu hər il ödəmələri lazımdır, lakin bu pul ödənilmir", - vurğulayıb.
ABŞ Prezidentinin sözlərinə görə, ABŞ-ın ən müvəffəqiyyətli 55 şirkəti də bir çox vergini ödəmir.
"Planım bu problemi həll etməyə kömək edəcək", - deyən Bayden, ABŞ Daxili Gəlir Xidmətinə bu kimi halları izləmək üçün daha çox səlahiyyət və qaynaqlar verməyi nəzərdə tutduğunu qeyd edərək və "zənginlər artıq qazandıqları pulu gizlədə bilməyəcək", - əlavə edib.
Bayden qeyd edib ki, bu pulun bir hissəsi infrastruktur layihələrinin inkişafına yönəldilməlidir. O, ABŞ Konqresini ölkənin infrastrukturunun inkişafı üçün əvvəllər təklif etdiyi planı və digər büdcə təkliflərini dəstəkləməyə çağırıb.
Eyni zamanda, Co Bayden milyarderlərə və onların böyük gəlirlərinə qarşı heç bir təhlükənin olmadığını qeyd edib: "Mən heç kimi cəzalandırmayacağam. Mən kapitalistəm. Bir milyon və ya bir milyard dollar qazana bilsəniz, bu çox yaxşıdır. Allah səni qorusun. İstədiyim tək şey, orta təbəqənin etdiyi kimi, ədalətli olaraq veriləri ödəməyinizdir".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 33 d. əvvəl
-
-
59 d. əvvəl
Türkiyə kapitallı bank Azərbaycanda biznes kreditləri portfelini kəskin artıb
-
1 saat əvvəl
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Çinin əhalisi azalmaqda davam edir - 1949-cu ildən bəri bir ilk yaşanıb
-
1 saat əvvəl
Bu məhsulu rəy olmadan idxal və ixrac edən şirkət 2500 manatadək cərimə ediləcək
-
1 saat əvvəl
Duracağa gətirilən avtomobil haqq ödənildikdən dərhal sonra sahibinə qaytarılacaq
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda neft hasilatı 4,8 faiz azalıb, qaz hasilatı isə 0,7 faiz artıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Yanvarın 20-də gözlənilən hava şəraiti
Dövlət bankının kredit portfelində azalma
Ən çox oxunanlar
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir
“Avtomagistral” anlayışı dəyişir
5 bankın aktivləri 2,5 milyard manatdan çoxdur - SİYAHI



























