Gözüm yoldadır, qulağım səsdə - investorların diqqəti Çindədir
Nəhəng əmlak şirkətinin mümkün çöküşü çoxlarını “yandıra” bilər...Ötən həftədən başlayaraq, Çinin ən iri daşınmaz əmlak və tikinti şirkətlərindən biri Evergrande-nin borc problemi və defolt vəziyyətinə gəlib çatması qlobal birjalara da ciddi təsir göstərib.
Marja.az əsas səbəbləri və mümkün ssenariləri araşdırıb.
1996-cı ildə qurulmuş Evergrande Group hazırda Çinin ən iri ikinci daşınmaz əmlak şirkəti və Fortune 500 siyahısına görə gəlirlərinə görə qlobal siyahıda 122-ci ən böyük şirkətdir. Çinin 280 şəhərində 1300-dən artıq daşınmaz əmlak layihəsi var, bundan başqa, ümumilikdə 2800 tikinti layihəsində iştirak edir. Şirkət rəsmi olaraq 200 min işçisinin olduğunu bildirsə də, onun fəaliyyəti ilə əlaqədar sahələrdə çalışan insanların sayı 4 milyona yaxındır.
Tikintidən əlavə, 7 digər bölməsi olan Evergrande səhiyyə sektorundan tutmuş sığortaya, elektrikli avtomobillərə və banklara qədər bir sıra aktivlərə malikdir. Şirkətin hətta futbol komandası da var - Quançjou futbol klubu. Təkcə bir fakt Evergrandenin əslində Çin iqtisadiyyatı üçün nə ədər vacib oyunçulardan biri olmasını izah edir: ölkənin ÜDM-nin 20%-i yaşayış binalarının inşasından, 30%-i isə ümumilikdə daşınma zəmlak sektorundan formalaşır.
Niyə bu vəziyyətə gəlib çıxdı?
Evergrande-nin problemləri hələ ötən ildən, Çin hökuməti iri şirkətlərə maksimum borclanma limiti müəyyənləşdirdiyi zaman başladı. Əlavə borc vəsaiti cəlb edə bilməyən şirkət bu il avqustun sonundakı açıqlamasında daşınmaz əmlak satışlarının sürətlə azaldığını, sentyabr ayında istiqrazlar üzrə faiz ödənişlərini (130 milyon dollara yaxın) həyata keçirə bilməyəcəyini bildirib.
Reytinq agentlikləri və bankların bu xəbərə mənfi reaksiyası nəticəsində sürətlə enişə gedən şirkət səhmləri bu il mümumilikdə 80% dəyərdən düşüb. Evergande-nin hazırda 300 milyard dollara çatan öhdəlikləri var ki, bunların təxminən 100 milyard dolları müxtəlif kredit və borc öhdəlikləri, qalanı təchizatçılar və 2 milyona yaxın mənzil gözləyən müştəri qarşısında borclarıdır. Çin hökuməti isə hələlik nə şirkətə maliyyə yardımı etməyə, nə də onun ləğvi və ya yenidən təşkilinə tələsmir.
Bəs hansı təsirlər ola bilər?
Evergrande 2008-ci ildə - qlobal maliyyə böhranının əvvəlində ABŞ-ın Lehman Brothers bankı ilə eyni aqibəti yaşasa, bunun 3 əsas sektora ciddi təsiri ola bilər:
Banklar - iri həcmdə ödənilməmiş vəsait və itki (667 milyard yuan - 100 milyard dollardan artıq);
Mənzil sahibləri və investorlar - yarımçıq layihələr, itirilən mənfəət və artan faizlər;
Təchizatçılar - Evergrandenin çökməsi 100-lərlə təchizatçı şirkətləri də iri vəsaitlərdən məhrum edə bilər.
Çin dünyanın ikinci ən iri iqtisadiyyatı olduğundan, prosesin domino effekti verməsi riski böyükdür. Yaxın müddətdə məsələ şirkətin problemi necə həll edə biləcəyindən və hökumətin hansı məqamda müdaxilə edəcəyindən asılıdır....
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 5 d. əvvəl
-
24 d. əvvəl
Süni xüsusi intellektdən süni fövqəl intellektə doğru: insan “cini şüşədən buraxıb”, deyəsən!
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Azərsun Holdinq” növbəti dəfə “Best managed companies” mükafatı qazanıb
-
2 saat əvvəl
Bank Respublika ad günündə müştərisinə avtomobil təqdim etdi
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mayın 23-nə olan hava proqnozu - 27-28 dərəcə isti gözlənilir
-
3 saat əvvəl
Azərbaycan kapital bazarlarında ilk: ABB Invest “agile” (çevik) idarəetməyə keçdi!
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Könüllü sığortalar bazarın əsas hissəsini formalaşdırıb
Topladıqları hər 100 manatın orta hesabla 49,9 manatını ödəniş kimi həyata keçiriblər - Ödəniş/yığım nisbəti 50%-ə yaxındır
Bank Respublika ad günündə müştərisinə avtomobil təqdim etdi
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Ən çox oxunanlar
Mayın 23-nə olan hava proqnozu - 27-28 dərəcə isti gözlənilir
Bakı Apellyasiya Məhkəməsinə yeni hakimlər təyin ediləcək - ADLARI
Azərbaycanın sığorta bazarı 4 %-ə yaxın böyüyüb
Problemli borcları yığan şirkət böyüyüb, xalis mənfəəti kəskin artıb
SİMA həlləri WUF13-də təqdim edildi
Çinarlı MTK: yeni metro yaxınlığında və Binəqədidə infrastrukturla paralel inkişaf edən layihə maraq yaradır






.jpg)
.jpg)







.jpg)






