Dövlət “Tibb Texnikasının Təmiri Zavodu”nu satdı - ALICININ ADI VƏ ÖDƏDYƏCƏYİ MƏBLƏĞ
“Tibb Texnikasının Təmiri Zavodu” ASC üzrə investisiya müsabiqəsinin qalibi elan olunub“Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na və “İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları”na uyğun olaraq, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti fəaliyyət göstərməyən sənaye müəssisələrinin yenidən qurulması və inkişaf etdirilməsi istiqamətində işlərini davam etdirir.
Marja xəbər verir ki, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 25 iyun 2021-ci il tarixində Bakı şəhərinin Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, B.Bünyatov küçəsi, 14 ünvanında yerləşən “Tibb Texnikasının Təmiri Zavodu” ASC-nin nizamnamə kapitalının 99,73 faizini təşkil edən 922 528 səhminin satışı üzrə investisiya müsabiqəsi elan edilib. Aidiyyəti dövlət qurumlarının nümayəndələrinin təmsil olunduğu Müsabiqə Komissiyası tərəfindən potensial iddiaçılar qarşısında qoyulan maliyyə, iqtisadi, investisiya və sosial şərtlər müəyyənləşdirilib.
Əsas şərtlər müəssisəyə investisiya qoyuluşu, iş yerlərinin bərpası və yeni iş yerlərinin açılması, istehsalda müasir texnologiyaların tətbiqidir.
18 avqust 2021-ci il tarixində Müsabiqə Komissiyası tərəfindən iddiaçıların təkliflərinə baxılıb. Müsabiqə Komissiyasının üzvləri arasında açıq səsvermə yolu ilə fiziki şəxs Vəliyev Ədalət Cavanşir oğlu “Tibb Texnikasının Təmiri Zavodu” ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsinin qalibi elan edilib.
Müsabiqə qalibi 15 sentyabr 2021-ci il tarixində imzalanmış alqı-satqı müqaviləsinin şərtlərinə uyğun olaraq dövlət büdcəsinə 1 milyon manat məbləğində vəsaitin köçürülməsini təmin edəcək. Qalib investor ümumi həcmi 2 566 000 manat təşkil edən İnvestisiya Proqramının icrası, müəssisənin dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna olan, eləcə də əmək haqqı və ona bərabər tutulan borclarının ödənilməsini, sosial-iqtisadi öhdəliklərin yerinə yetirilməsini üzərinə götürür.
İnvestisiya Proqramına əsasən müəssisədə hazırkı COVİD-19 pandemiyasının davam etdiyi dövrdə aktuallığı ilə xüsusilə seçilən layihənin icrası, yəni müxtəlif tutumlu balonlarda oksigen istehsalının genişləndirilməsi planlaşdırılır. Bunun üçün oksigen istehsalı avadanlıqlarının, oksigen qurğusunun və onun soyutma sisteminin yeniləşdirilməsi, xüsusi su hövzəsinin inşası, o cümlədən qaz balonlarının alınması, mövcud avadanlıq və texnikaların əsaslı təmiri, inzibati binanın, sexlərin və digər tikililərin bərpası, infrastruktur təminatının yaxşılaşdırılması, abadlıq işlərinin görülməsi nəzərdə tutulur.
Qeyd edək ki, müsabiqə qalibi tərəfindən investisiyaların 2 il ərzində yatırılması, 20-dən artıq yeni iş yerinin yaradılması planlaşdırılır.
Zavod atmosferdən sənaye üsulu ilə alınan qazların istehsalı ilə yanaşı, müxtəlif tibbi avadanlıqların və texnikaların təmiri sahəsində fəaliyyət göstərəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 19 d. əvvəl
- 32 d. əvvəl
-
- 36 d. əvvəl
- 39 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
2040-cı ilə qədər burada 50 min nəfərin yaşaması nəzərdə tutulur
-
1 saat əvvəl
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
-
2 saat əvvəl
Dövlət Turizm Agentliyinin sədri: "Turizmdə uğur artıq turist sayı ilə ölçülmür"
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
İyunun 24-nün hava proqnozu - yağış yağacağı gözlənilir
Oracle-da böyük miqyasda ixtisar
"2030-cu ilə qədər qoyun əti istehsalı 9 % artırılacaq"
Mərkəzi Bank sabah növbəti faiz qərarını açıqlayacaq
2040-cı ilə qədər burada 50 min nəfərin yaşaması nəzərdə tutulur
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
Ən çox oxunanlar
"Finex Kredit"də növbədənkənar yığıncaq keçiriləcək
Azərbaycan neftinin son qiyməti
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
Dollara 7,2 faiz gəlir təklifi - BANK İSTİQRAZ BURAXIR
Rəsmi məzənnələr açıqlandı
FED-in keçmiş sədri Alan Qrinspan 100 yaşında vəfat edib
























