Sərvətin yeni rekord səviyyəsi - 142 trilyon dollar!
Borclar da kəskin şəkildə artıb...ABŞ-da ev təsərrüfatlarının əlində cəmləşən sərvət rekord həddə çatıb.
Marja xəbər verir ki, Mərkəzi Bankın (Fed) açıqladığı rəqəmlərə görə, cari ilin 2-ci rübünün sonuna ev təsərrüfatlarının sərvəti 141,7 trilyon dollara çatıb. Bu, öncəki rübdən 4,3%, yaxud 5,85 trilyon dollar çoxdur.
Artımda əsas pay (3,5 trilyon dollar) səhm bazarında qiymətlərin yüksəlməsi, digər iri hissə (1,2 trilyon dollar) isə daşınmaz əmlakın sürətlə dəyər qazanması hesabına baş verib. Bütövlükdə pandemiyanın başlanmasından etibarən ev təsərrüfartlarının sərvəti 19,6% çoxalıb.
Bununla belə, borc yükü də müvafiq olaraq artıb. İstehlakçı borcları 17,3 trilyon dollara çatıb ki, bu da əvvəlki rüblə müqayisədə 7,9% daha çoxdur. İstehlak kreditləri 8%, ipoteka kreditləri 8,6% artıb. Federal hökumətin borcu da 10%-ə yaxın yüksələrək, 2-ci rübün sonuna 28,5 trilyon dollar təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 5 saat əvvəl
-
- 6 saat əvvəl
-
7 saat əvvəl
Banklarda bazar risklərinin idarə edilməsi üzrə yeni tənzimləmə çərçivəsi təsdiq edilib
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
-
9 saat əvvəl
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
- 10 saat əvvəl
-
10 saat əvvəl
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Kino Agentliyində yeni təyinatlar olub - YENİLƏNİB
KİV: İrandakı etirazlarda ölənlərin sayı 3 minə çatıb
“Azneft”dən hava şəraitinin dəyişməsi ilə bağlı açıqlama
Gümüş rekorddan "doymur"
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
Ən çox oxunanlar
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
Prezident süxurların partladılması üçün rəmzi düyməni basdı - Çinə 1,6 milyard manatlıq məhsul ixrac olunacaq
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub.
"Dövlət istiqrazlarının böyük hissəsi büdcədən vəsait alan hüquqi şəxslərin əlində cəmləşib"



















