Neftin qiyməti 80 dollara daha da yaxınlaşdı
Neft, tələbin artması, təklifin təxminən dəyişməz qalması və Avropada təbii qaz qiymətlərinin yüksəlməsi ilə bahalaşır. Brent neftin qiyməti 3 ilin ən yüksək səviyyəsinə çatıb.
Marja xəbər verir ki, Brent nefti bu həftəni 1% bahalaşma ilə 78,.07 dollardan ABŞ xam nefti (WTI) də 1% bahalşama ilə 74 dollardan bağlanıb.
Brent markalı neftin qiyməti 2018-ci ilin oktyabr ayından bəri ilk dəfə 78 dollar/barel səviyyəsini keçir. Neft ardıcıl üçüncü həftədir bahalaşır.
Avropada təbii qaz kəsiri və qiymətlərin yüksəlməsi sərmayə banklarının neft qiyməti proqnozlarını yenidən nəzərdən keçirmələrinə səbəb olur. "Goldman Sach"sa görə əgər bu qış "normaldan daha soyuq keçsə" neft qiymətləri 85 dollara qədər qalxa bilər. Bankın mövcud il sonu proqnozu 80 dollar səviyyəsindədir.
Analitiklər bildirirlər ki, hava sürətlə enerji bazarlarında ən əhəmiyyətli faktora çevrilir. Şimal yarımkürəsi qışı rekord aşağı qaz ehtiyatları və misli görünməmiş qiymətlərlə qarşılayır. Avropada və Asiyada təbii qazın min kubmetr üçün qiymət 1000 dollara yaxınlaşıb. Bahalı qaz, Avropada kömür də daxil olmaqla digər daha əlverişli enerji mənbələrinə olan tələbatı artırıb.
Enerji böhranı təhlükəsi altında Avropa ölkələri bu qışı mazutla keçirməli ola bilər. Qış iqlim normasından daha soyuq keçəcəyi təqdirdə, neftə olan tələbat gündə 2 milyon barel artıracaq. Elektrik enerjii istehsalında neftdən istifadə artacaqdır.
Sənaye müəssisələrinin və neft emalı zavodlarının da neftə tələbatının daha da artıracağı və qiymətin 100 səviyyəsinə çata biləcəyi nəzərdə tutulur.
Tələbin artacağı ehtimalı ilə bərabər, istehsalda gözlənilməz fors -major yaranıb: ABŞ-ın cənub-şərqini vuran İda qasırğasından sonra Meksika Körfəzində onlarla qazma platforması boş dayanmağa davam edir. Amerikanın neft istehsalı sentyabrın əvvəlində gündəlik 11,5 milyon barreldən 10 milyona düşüb.
ABŞ-ın kommersiya neft ehtiyatları ardıcıl olaraq 8 həftədir azalır və ümumi həcmi əvvəlki beş illik ortalamadan 21% aşağıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 7 d. əvvəl
-
-
26 d. əvvəl
Azərbaycanda 129,1 milyard manatlıq istehsal - ÖTƏN İL 1,4 FAİZ ARTIB
-
55 d. əvvəl
“AzInTelecom” tərəfindən 58 mindən çox IMEI koda “klon” statusu verilib
- 1 saat əvvəl
-
10 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
- 21 saat əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
1 gün əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
1 gün əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
5 bankın aktivləri 2,5 milyard manatdan çoxdur - SİYAHI
Rəsmi məzənnələr açıqlandı
Sabah sulu qar, qar yağacaq
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Ən çox oxunanlar
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub





















