Abbas İbrahimov: “ABB daha da güclənəcək”
Sədr: Azərbaycan İnvestisiya Holdinqi yeni mərhələdə Bankın müasir, faydalı və universal bank kimi qarşıya qoyduğu hədəflərə çatmasına dəstək verəcək.“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Beynəlxalq Bankının fəaliyyəti ilə bağlı 2015-ci il 15 iyul tarixli Fərmanı kimi, 2021-ci il 22 sentyabr tarixli Fərmanı da ABB-nin inkişafının növbəti mərhələyə yüksəldilməsinə, kapital mövqeyinin möhkəmlənməsinə böyük dəstək olacaq. ABB daha da güclənəcək”.
Bunu Marja-ya Bankın İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib.
Onun sözlərinə görə, bu Fərmana uyğun olaraq görüləcək işlər ABB-nin son bir neçə ildə qazandığı müsbət nəticələrin sırasını genişləndirəcək.
Abbas İbrahimov qeyd edib ki, 2015-ci il 15 iyul tarixli Fərmanda verilmiş tapşırıqlardan irəli gələrək ötən dövr ərzində ABB-nin inkişafı, kapitallaşdırılması və maliyyə dayanıqlılığının artırılması istiqamətində verilmiş tapşırıqlar tam icra edilib. Bankın maliyyə və əməliyyat restrukturizasiyası həyata keçirilib. Maliyyə durumu sağlamlaşdırılıb. Fəaliyyətinin səmərəliliyi artırılıb. İdarə edilməsi qabaqcıl korporativ standartlar əsasında təşkil edilib. İnsan kapitalı gücləndirilib. Eyni zamanda, Bankın yeni strateji baxışı, missiyası və hədəfləri formalaşdırılıb. Xüsusilə rəqəmsallaşma istiqamətində mühüm addımlar atılıb. Nəticədə uzun müddətdən sonra Bank öz mənfəətindən son üç il ərzində ümumilikdə səhmdarlara 427 milyon manat, bundan dövlət büdcəsinə isə 406 milyon manat həcmində dividend ödənişləri edib. Habelə 145 milyon manat məbləğindən çox mənfəət vergisi ödəyib.
Görülmüş tədbirlər sayəsində ABB hazırda korporativ idarəetmə səviyyəsinə görə dövlət müəssisələri arasında, eləcə də bank sektorunda nümunəvi kommersiya qurumlarından sayılır.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyətinin təmin edilməsi haqqında” 2020-ci il 05 noyabr tarixli Fərmanında Holdinqin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı təsdiqlənmiş, səhmlərinin əsas hissəsi dövlətə məxsus ABB də bu siyahıya daxil edilmişdi. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 sentyabr tarixli Fərmanı əsasında isə ABB bir çox digər sistem əhəmiyyətli dövlət şirkətləri kimi Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib.
Abbas İbrahimov vurğulayıb ki, bu addım ölkəmizdə biznes mühitinin yaxşılaşdırılması, çevik və sağlam idarəetmə sisteminin qurulması məqsədilə aparılan islahatların davamıdır. Dövlətə məxsus müəssisələrin idarə olunması sisteminin yeni strateji mərhələnin çağırışlarına uyğunlaşdırılması bu prosesdə mühüm yer tutur. Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyəti dövlət mülkiyyətində olan kommersiya qurumlarının qabaqcıl prinsiplər əsasında idarə olunmasına xidmət edir. Holdinq bu qurumların fəaliyyətinin təkmilləşdirilməsi, səmərəliliyinin yüksəldilməsi üçün çalışır. Rəqabət qabiliyyətinin artırılmasına, maliyyə sağlamlığının və dayanıqlılığının yaxşılaşdırılmasına kömək göstərir.
“Bütün bunlar ABB-nin strateji inkişaf məqsədləri ilə üst-üstə düşür. Azərbaycan İnvestisiya Holdinqi yeni mərhələdə Bankın müasir, faydalı və universal bank kimi qarşıya qoyduğu hədəflərə çatmasına dəstək verəcək. Eyni zamanda ABB də öz fəaliyyəti ilə hər zaman nümunə yaratmağa çalışacaq” – deyə Abbas İbrahimov əlavə edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
- 12 d. əvvəl
-
- 24 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dövlət satınalmalarının vahid internet portalına bir sıra mühüm funksionallıqlar əlavə olunub
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
""Azərbaycan Dəmir Yolları" 2030-cu ilə qədər 20 qatar almağı planlaşdırır"
-
2 saat əvvəl
"Gələn il Ağdam-Xankəndi dəmir yolunun açılışı planlaşdırılır"
-
2 saat əvvəl
Azərbaycan ilk rübdə daha çox buğda alıb - 83 MİLYON DOLLAR XARİCƏ GEDİB
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Kürdəmir stansiyası sərnişinlərin istifadəsinə verilir
PAŞA Bank-dan sahibkarlar üçün yeni kredit kampaniyası
"Kapital Bank"ın istehlak kreditləri portfeli 5% artıb
Aprelin 18-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
"Gələn il Ağdam-Xankəndi dəmir yolunun açılışı planlaşdırılır"
"İranla sərhəddə yaradılan infrastruktur günə 1000 avtomobilin keçməsinə imkan verəcək"
İlham Əliyev Şimali Kipr Prezidenti ilə görüşüb
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Prezident İlham Əliyev Antalyada Əhməd Əl Şaraa ilə görüşüb





.jpg)
.jpg)






.jpg)






