TuranBank-ın Avropa Bankı ilə birgə layihəsi uğurla tamamlanıb
TuranBankın Avropa Yenidənqurma və İnkişaf Bankı ilə (EBRD) Texniki Əməkdaşlıq Proqramı çərçivəsində layihəsi uğurla başa çatıb(®️) Nüfuzlu beynəlxalq maliyyə qurumları ilə fəal əməkdaşlıq edən TuranBank Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) ilə birgə Maliyyə Vasitəçilərinin Bacarıqlarının artırılması üzrə Texniki Əməkdaşlıq Proqramı çərçivəsində həyata keçirdiyi I texniki dəstək layihəsini uğurla tamamlamışdır.
TuranBankın yaydığı məlumatda bildirilir ki, Risk, Komplayns modulları çərçivəsində həyata keçirilən layihə bankda risk nəzarət tədbirlərinin effektiv idarəsi, komplayns prosedurlarının beynəlxalq standartlara uyğunlaşdırılması, təşkilati strukturun təkmilləşdirilməsi istiqamətlərini əhatə etdib. Layihə çərçivəsində əldə edilən nəticələrin Bankda növbəti mərhələlərdə tətbiqinə başlanılması planlaşdırılır.
Layihə nüfuzlu beynəlxalq konsultasiya təşkilatı olan TA Consult Partners şirkəti tərəfindən uğurla icra edilib. Adıçəkilən layihə Avropa Birliyi EU4Business initiative Fondu, Türkiyənin Xəzinə və Maliyyə Nazirliyinin dəstəyilə həyata keçirilib.
Xarici maliyyə qurumları ilə əməkdaşlığa xüsusi önəm verən TuranBank bundan sonra da potensial biznes layihələri üzrə həm Avropa Yenidənqurma və İnkişaf Bankı, həm də digər maliyyə qurumları ilə əməkdaşlığı davam etdirəcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
-
10 saat əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
-
- 11 saat əvvəl
-
11 saat əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
- 13 saat əvvəl
-
13 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 13 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Bakı Limanında quru yük aşırılması 77% artıb
Ən çox oxunanlar
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"






















