"İş adamları turistləri işə cəlb edirlər"
"Bu gün ən önəmli məsələlərdən biri odur ki, işə cəlb edənlər tərəfindən bəzi hallarda xarici vətəndaşları Azərbaycana dəvət etməsi, işə götürməsi qaydaları pozulur".
Bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev Xəzər-Avropa İnteqrasiya İşgüzar klubunun üzvləri ilə görüşdə bildirib.
DMX rəisi qeyd edib ki, bəzi hallarda turist vizası ilə ölkəyə gələn şəxsləri iş adamları işə cəlb edirlər: "Nümayəndəlik və filiallar var ki, fəaliyyətlərini yoxladığımız zaman onların müəyyən qanunsuzluqlara yol verdikləri məlum olur. Hətta onların fəaliyyəti yoxdur. Buna baxmayaraq, onlar iş icazəsi almaq üçün Dövlət Miqrasiya Xidmətinə müraciət edir. Burada sual yaranır. Əgər bunların faktiki iş yeri yoxdursa, nə üçün müraciət edirlər?".
F. Nəbiyev deyib ki, Azərbaycanda dinindən, milliyyətindən, mədəniyyətindən asılı olmayaraq hər bir əcnəbiyə yanaşma Azərbaycan vətəndaşına olan münasibət səviyyəsindədir: "Bunu ona görə deyirəm ki, bəzi ölkələrdən müəyyən müddət ərzində gəlib burada işləyib başqa ölkəyə tranzit getmə halları var. Bəzi iş adamları onlara şərait yaradır. Bu halların da qarşısı alınır. 2016-cı ildə Dövlət Miqrasiya Xidməti tərəfindən Banqladeş vətəndaşlarından ibarət 7 qrup aşkarlanıb".
Xidmət rəisi əlavə edib ki, bəzi mehmanxana sahibləri xarici vətəndaşları mehmanxanalara qəbul edərkən onları qeydiyyatdan keçirmir.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 13 saat sonra
-
-
2 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 8 saat əvvəl
-
9 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























