Qaz qiymətlərinin kəskin düşməsi Putinin açıqlamaları ilə əlaqələndirilir
Böyük Britaniyanın "Financial Times" qəzeti, Rusiya Prezidenti Vladimir Putinin, artan dünya enerji qiymətlərinin sabitləşməsinə kömək etməyə hazır olduğu barədə açıqlamalarından sonra, çərşənbə günü dünya bazarında qaz qiymətlərinin nəzərəçarpacaq dərəcədə enməyə başladığına diqqət çəkib.
Qəzet qeyd edib ki, bu açıqlamalardan sonra, çərşənbə günü ilin əvvəli ilə müqayisədə on dəfə yüksək olan qaz qiymətləri kəskin şəkildə aşağı düşüb.
Marja xəbər verir ki, ICE birjasında ticarətin bağlanması ilə təbii qazın qiyməti min kubmetr üçün 1250 dollardan aşağı düşüb. Bu, çərşənbə günü qeyd edilən tarixi maksimumdan (min kubmetr üçün 1920 dollar) xeyli aşağıdır.
Ötən çərşənbə, bir çox bazar oyunçusunun indiyə qədər gördüyü "ən dəyişkən və gözlənilməz gün" adlandırılır.
"The Financial Times" qəzeti, İngiltərənin qazın qiymətinin artmasından ən çox zərər çəkən ölkələrdən biri olduğunu qeyd edib. Qeyd edilib ki, sakit hava şəraitində, ölkənin enerji balansında bərpa olunan enerji mənbələrinin payı azaldıqda, qaz Krallıqda istehsal olunan elektrik enerjisinin 50%-dən çoxundan məsul olur.
Putinin açıqlamalarından sonra qazın qiymətinin kəskin düşməsini də yazan "Daily Telegraph", qiymətlərin hələ də normal qiymətlərdən yeddi dəfə yüksək olduğunu qeyd edib. Nəşrin yazdığına görə, bu, sənaye və əhali üçün böyük xərcdir.
Çərşənbə günü Rusiya Prezidenti Vladimir Putinin sədrliyi ilə enerji məsələləri üzrə müşavirə keçirilib. Putin Avropada enerji qiymətlərinin artması fonunda bazarda qaz tədarükünün artırılması təşəbbüsünü dəstəkləyib. Dövlət başçısının sözlərinə görə, bu, Avropa İttifaqının spot bazarı vasitəsilə deyil, Sankt -Peterburq Birjası vasitəsilə aparılmalıdır.
Putin vurğulayıb ki, bazardakı ajiotajı (təşvişi) azaltmaq lazımdır və qazın birja ilə alqı-satqısı ilə bağlı fikirləri bir daha müzakirə etməyin lazım olduğuna razılaşıb: "Gəlin bunu edək, müzakirə edək. Bu təşvişi azaldacaqsa, bunu edə bilərsiniz".
Putin bildirib ki, Avropadakı istehlakçılar Avropa Komissiyasının qazın birja ilə ticarətinə keçmək qərarından əziyyət çəkirlər:
"Birja ilə qaz ticarətinə keçmək təklifi Avropa Komissiyasının mütəxəssisləri, əsasən də İngilis mütəxəssisləri tərəfindən irəli sürülmüşdür. Bu İngilis mütəxəssisləri indi haradadır və təklifləri indi haradadır - aydındır. Və kontinental Avropadakı istehlakçılar, əlbəttə ki, bu təkliflərin həyata keçirilməsindən əziyyət çəkirlər".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
5 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
-
- 16 saat əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
1 gün əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
1 gün əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
Sabah sulu qar, qar yağacaq
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Ən çox oxunanlar
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
























