Azərbaycanda yeni rəqəmsal bank istifadəyə verilib
Bankların adətən müştərilərə pulla göstərdiyi xidmətləri bu rəqəmsal bank pulsuz təqdim edir."Unibank" ASC, bütün bank xidmətlərini və məhsullarını özündə birləşdirən mobil bankçılıq xidmətini - Leobank-ı istifadəyə verib.
Marja Bankın yaydığı məlumata istinadən xəbər verir ki, artıq Leobank layihəsi çərçivəsində 1000-ə yaxın şəxs kart əldə edib və ondan istifadə etməyə başlayıblar.
"Birinci xəbərimiz - ilk dəvətləri artıq göndərməyə başlamışıq. Bu günə qədər 1000 şəxsə dəvət göndərilmişdir. Bu şəxslər artıq kartı əldə edib və ondan istifadə etməyə başlayıblar.
İkinci xəbərimiz - dəvətləri göndərməyə davam edirik və qısa bir zamanda Siz də bir dəvət alaraq kart sifariş etmək imkanı əldə edəcəksiniz", - Unibankın məlumatında bildirilir.
Qeyd edək ki, Leobank-ın bazara çıxarılmasında məqsəd yeni bir müştəri seqmentini cəlb etmək, eyni zamanda Azərbaycanda nağdsız ödənişlərin daha da inkişafına təkan verməkdir.
Leobank üçün xüsusi olaraq yaradılmış mobil tətbiqdə geniş bank xidmətləri təqdim olunub: pulsuz köçürmələr, rahat kommunal ödənişlər, kart ödənişlərinə görə “cashback” qazanmaq imkanı, maliyyə əməliyyatlarınıza daimi nəzarət. Xüsusi təlim keçmiş peşəkar dəstək əməkdaşları isə istənilən müştəri suallarına qeyd olunan kanallardan (WhatsApp, Facebook Messenger, Telegram), ya da telefonla cavab təqdim edəcəklər.
Leobank Unibank-ın təqdim etdiyi yeni mobil bankçılıq xidmətidir. Leo müştəriləri kredit limiti olan əlverişli Visa kartından istifadə etmək, ödəmə və köçürmələri həyata keçirmək, Cashback almaq və daha çox üstünlüklərdən yararlanmaq imkanına malikdirlər.
Leobank “mobile-only” (filialsız bank) prinsipinə uyğun olaraq yaradılmışdır. Filial şəbəkəsi, çoxsaylı işçilərin maaşları, inkasassiya və digər sahələrə vəsait yatırmağın əvəzinə biz kapital və enerjimizi mükəmməl mobil tətbiqetməmizə investisiya etdik.
Leobank müştərilərinə olduqca əlverişli tarifləri təklif edir. Bankların adətən müştərilərə pulla göstərdiyi, demək olar ki, bütün xidmətləri Leo pulsuz təqdim edir. Bunun səbəbi nədir? Biz filiallara pul xərcləmirik və buna qadirik!
Leo kartını rəsmiləşdirmək üçün sadəcə mobil tətbiqimizi yükləyib, çətin olmayan prosedurdan keçmək kifayətdir. Kartı sizə bank işçisi çatdıracaq və ya özünüz onu Unibank filialından əldə edə bilərsiniz.
Ətraflı buradan tanış ola bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 13 d. əvvəl
- 26 d. əvvəl
- 29 d. əvvəl
- 36 d. əvvəl
- 53 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur





.jpg)







.jpg)




