“İdeal”ın keçmiş sahibinin məhkəmədə halı pisləşib
Bakı Ağır Cinayətlər Məhkəməsində “İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
Məlumata görə, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində təkrar dindirilməyə çağırılmış mühasib Samirə Quliyevanın gəlmədiyi elan edilib.
İ.İsmayılovun vəkilləri ötən məhkəmə iclasında "İdeal Kompani"də mühasib işləmiş S.Quliyevanın əlavə şahid qismində dindirilməsi barədə vəsatət qaldırmış və təmin olunmuşdu. Vəkillər vəsatətlərində bildiriblər ki, İ.İsmayılovun şirkətin xəzinəsinə 2 milyon manat mədaxil etdiyini təsdiqləyən qəbzlərdə mühasibin imzası var: “O da bundan əvvəl məhkəmədə dindiriləndə imzaların ona məxsusluğunu təsdiqləyib”.
Məhkəmə qərar verib ki, S.Quliyeva növbəti məhkəmə iclasına da çağırılsın.
Daha sonra məhkəmədə sənədlərin tədqiqinə başlanıb. Cinayət işi materiallarında olan, İ.İsmayılov haqqında 2017-ci ildə başlanan, 2018-ci ilin yanvarında xitam verilən cinayət işi ilə bağlı sənədlər elan olunub. Sənədlərdən məlum olur ki, həmin vaxt da iş adamı "İdeal"ın xəzinəsindən mənimsəmədə ittiham olunub. Lakin audit rəyi əsasında cinayət işinə xitam verilib. Rəy İ.İsmayılovun şirkətin direktoru olduğu 2016-cı ilə qədərki dövrü əhatə edib. Audit rəyində qeyd olunub ki, cəmi 46 min manatlıq kənarlaşma aşkarlanıb. Həmin məbləğ də İ.İsmayılov tərəfindən şirkətə ödənilib. Ona görə də cinayət işinə xitam verilib.
Vəkillər deyib ki, İ.İsmayılovun direktor olduğu 2006-2016-cı illərlə bağlı araşdırma aparılıb, hüquqi qiymət verilib. Lakin indiki halda, yenə də o, eyni dövr üzrə eyni əməldə ittiham olunur və bu da qanuna ziddir: “Çünki qanun şəxsin eyni əmələ görə iki dəfə cəzalandırılmasını qadağan edir”.
Hakim bildirib ki, bu məsələyə müşavirə otağında qiymət veriləcək.
Daha sonra iş materiallarında olan sənədlər, o cümlədən "İdeal"ın xəzinəsindən pul çıxarılması haqda məxaric qəbzləri elan edilib. Məlum olub ki, o vəsaitləri İ.İsmayılovun çıxardığı iddia olunsa da, sənədlərdə onun imzası yoxdur.
İş adamı həmin vəsaitləri şirkətdən götürmədiyini, imzası olmayan qəbzlərin də saxta olduğunu bildirib.
Proses oktyabrın 18-də davam edəcək.
Məhkəmədən sonra İ.İsmayılovun səhhəti pisləşib. Vəkil İlhamə Həsənovanın bildirdiyinə görə, bununla əlaqədar məhkəmə binasına təcili yardım çağırılıb.
Qeyd edilib ki, hər iki iş üzrə eyni audit təşkilatı eyni dövr üçün fərqli rəylər verib: “Bu ziddiyyətin aradan qaldırılması üçün hər iki audit rəyini tərtib edərək imzalayan auditlər məhkəməyə çağırılaraq dindirilməlidir”.
Məhkəmə vəsatəti rədd edib.
Müdafiə tərəfinin növbəti vəsatəti iş üzrə məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi barədə olub. Vəkil bildirib ki, mühasibatlıq ekspertizası qarşısında sual qoyularaq ittihamı əhatə edən dövr ərzində İ.İsmayılov tərəfindən nə qədər mədaxil-məxaric edildiyi və kənarlaşma aşkar edilib-edilmədiyi aydınlaşdırılmalıdır”.
Məhməmə bu vəsatəti də təmin etməyib və bildirib ki, vəsatət baxılan işin mahiyyəti ilə bağlı deyil.
Proses oktyabrın 11-də davam edəcək.
Qeyd edək ki, İ.İsmayılov 2011-2017-ci illərdə tutduğu vəzifəsindən sui-istifadə edərək 680 min manata yaxın məbləğdə pul vəsaitini mənimsəməkdə təqsirləndirilir.
Ona Cinayət Məcəlləsinin 179.3.2-ci və 308.2-ci maddələri ilə ittiham elan edilib, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Telegramda Marja.az səhifəsinə abunə olun
"Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 5 d. əvvəl
-
8 d. əvvəl
Ölkədə ilk dəfə - “PAŞA Bank” yeni POS nağdlaşdırma funksiyasını istifadəyə verdi
-
31 d. əvvəl
Hər 20 litr Aİ-92 benzin və ya 10 litr dizel 1 manat baha başa gələcək
-
-
51 d. əvvəl
Dövlət bir sıra məhsul və xidmətlər üzrə qiymətlərə dəyişiklik etdi
- 59 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Elektrik enerjisi və təbii qaz üçün sabit tariflər müəyyənləşdi - 1 yanvarda qüvvəyə minir
-
2 saat əvvəl
Kreml: Rusiya Ukrayna ilə bağlı danışıqlarda mövqeyini sərtləşdirəcək
- 2 saat əvvəl
-
2 saat əvvəl
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
Son Xəbərlər
Birbank-da əlavə 3 ay taksitlə bayramı dolu-dolu yaşayın
Dövlət bir sıra məhsul və xidmətlər üzrə qiymətlərə dəyişiklik etdi
ABB-dən daha 3 hesabat!
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Elektrik enerjisi və təbii qaz üçün sabit tariflər müəyyənləşdi - 1 yanvarda qüvvəyə minir
Ən çox oxunanlar
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
Bakı Ağ Şəhərin Babək kvartalında 20 mərtəbəli binalar tikiləcək
“İxrac icmalı”nın dekabr sayı - TAM VERSİYA
Elektron siqaretlərin idxalı, istehsalı və satışı qadağan edilir - aprelin 1-dən qüvvəyə minəcək
Cəbrayıl və Zəngilanda sakinlər üçün bir ilk - VİDEO
Azərbaycanda Vakansiyalar - Azvak.az























