Azərbaycan iqtisadiyyatı üzrə yeni proqnoz!
BVF Azərbaycan iqtisadiyyatı üzrə proqnozunu yüksəldib
Beynəlxalq Valyuta Fondunun (BVF) yenilənmiş proqnozuna əsasən, bu il Azərbaycan iqtisadiyyatı 3% artacaq.
Fondun "World Economıc Outlook" hesabatının oktyabr buraxılışına görə, 2022-ci ildə isə 2,3%-lik artım gözlənilir.
Qeyd edək ki, BVF-nin aprel proqnozunda 2021-ci il üçün 2,3%-lik, 2022-ci il üçün isə 1,7%-lik böyümə vəd edilirdi.
Son məlumatlara gəldikdə, cari ilin ilk səkkiz ayında Azərbaycan iqtisadiyyatının artım tempi 3,6%-ə çatıb.
Xatırladaq ki, 2020-ci ildə ölkə iqtisadiyyatı 4,3% kiçilib.
BVF Azərbaycan üzrə inflyasiya proqnozunu açıqlayıb
Beynəlxalq Valyuta Fondunun (BVF) yenilənmiş proqnozuna əsasən, bu il Azərbaycanda istehlak qiymətləri illik 4,4% artacaq.
Hesabatda verilən məlumata görə, 2022-ci ildə isə ortaillik inflyasiya 3,2% səviyyəsində gözlənilir.
Xatırladaq ki, 2020-ci ildə Azərbaycanda ortaillik inflyasiya 2,8% təşkil edib.
Həmçinin oxu
BVF qlobal iqtisadi artım proqnozunu aşağı saldıBVF Azərbaycanda işsizliyin azalacağını proqnozlaşdırır
Beynəlxalq Valyuta Fondunun (BVF) yenilənmiş proqnozuna əsasən, bu ilin yekunlarına görə, Azərbaycanda işsizlik səviyyəsi 6,4% təşkil edəcək ki, bu da ötən illə müqayisədə 0,8 faiz bəndi azdır.
"World Economıc Outlook" hesabatının oktyabr buraxılışına görə, 2022-ci ildə bu göstəricinin bir qədər də azalaraq 6,3%-ə enəcəyi gözlənilir.
Qeyd edək ki, ölkədə 2020-ci ildə işsizliyin artması COVID-19 pandemiyası ilə bağlı məhdudiyyətlərin tətbiqi ilə bağlı idi.
Beynəlxalq Valyuta Fondunun (BVF) yenilənmiş proqnozuna əsasən bu il Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti ÜDM-in 7,8% təşkil edəcək.
2022-ci ildə isə bu göstəricinin ÜDM-in 7,7% bərabər olacağı güman edilir.
Qeyd edək ki, Dünya Bankının son proqnozuna görə, bu il Azərbaycanın cari əməliyyatlar hesabında ÜDM-in 6,9% səviyyəsində profisit yaranacaq. 2022-ci ildə profisit 6,4%, 2023-cü ildə isə 4,5% təşkil edəcək.
Xatırladaq ki, bu ilin birinci yarısında Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 1 milyard 878,4 milyon ABŞ dolları və ya ÜDM-nin 8%-ni təşkil edib. 2020-ci il üzrə cari əməliyyatlar hesabının kəsiri 227,6 mln. dollar və ya ÜDM-nin 0,5%-ni təşkil edib. (2019-cu ildə 4,4 milyard dollar profisit olub).
Telegramda Marja.az səhifəsinə abunə olun
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 21 saat sonra
-
- 29 d. əvvəl
- 41 d. əvvəl
-
1 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
"Nərimanov"da obyektlər sökülür?
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
Ən çox oxunanlar
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nigeriyanın texnologiya rəhbəri Bakıda: Azərbaycanla gələcək layihələr müzakirə edildi
DYP: Bu il sükan arxasında telefondan istifadə ilə bağlı 11 mindən çox inzibati xəta aşkarlanıb
"Kriptoaktivlərlə məşğul olmaq istəyən təşkilatlar Mərkəzi Bankdan lisenziya almalı olacaqlar"























