ABŞ OPEC-ə neft qiymətlərini aşağı salmaq üçün təzyiq göstərir - AĞ EV
ABŞ rəhbərliyi, Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) neft bazarlarında qiymətləri aşağı salmaq üçün təzyiq göstərir.
Marja xəbər verir ki, bu barədə cümə axşamı Ağ Evin mətbuat katibi Jen Psaki jurnalistlər üçün keçirdiyi müntəzəm brifinqdə bildirib.
O, ABŞ administrasiyasının rəhbəri Co Baydenin ölkədə yüksək yanacaq qiymətlərinin davam etməsindən narahat olduğunu bildirib.
Psaki, "Prezident bu işə çox diqqət yetirir" deyib. Onun sözlərinə görə, Ağ Ev adminitrasiyasının mütəxəssisləri bu problemlə "hər gün" məşğul olurlar.
"Deyərdim ki, bu (qiymətlərin yüksək olması - red), qismən təklif məsələsinə aiddir (OPEC+un hasilatı azaltmasına işarə edir - red). Bu mövzuda (hasilatı daha çox artırması üçün - red) OPEC-ə təzyiq etməyə davam edirik", - Amerika liderinin mətbuat katibi deyib.
"Ancaq bu, qismən də logistika məsələsidir, yanacağın ölkə daxilində tədarükü üzrə hərəkət variantlarını nəzərdən keçiririk. Həm təchizat, həm də logistika məsələsi üzərində işləyirik. Bir çox variant araşdırırıq", - Ağ Evin sözçüsü deyib.
"ABŞ neftin qiymətinin aşağı salınması məsələsində Rusiyaya üz tutmayıb"
Neftin qiymətinin aşağı salınması ilə bağlı müzakirələrin aparılması ehtimalı ilə bağlı ABŞ-dan Rusiyaya heç bir müraciət daxil olmayıb. Bunu Rusiya baş nazirinin müavini Aleksandr Novak cümə axşamı CNBC-yə müsahibəsində bildirib.
"Düzünü desəm, heç kim bizimlə əlaqə saxlamayıb. Media bu cür istəklər haqqında yazıb, amma bunların doğru olub olmadığını bilmirəm. Əslində ABŞ və Səudiyyə Ərəbistanı arasında hər hansı bir danışıqlar haqqında ən kiçik bir fikrimiz yoxdur", - Novak, telejurnalistin Amerika rəhbərliyinin müvafiq təkliflərlə Rusiyaya müraciət edib-etməməsi ilə bağlı sualına cavab verib.
Hazırda London birjasında Brent markalı neftin fyuçers müqaviləsinin qiyməti 1 barrelə görə 83 dollar civarında, WTI fyuçersi isə 81 dollar / barel civarındadır.
OPEC + ölkələrinin nazirləri oktyabrın 4-də keçirilən iclasda neft hasilatını noyabr ayında da 400 min barel artırmağa davam etmək qərarına gəliblər. Beləliklə, oktyabr ayında OPEC + ölkələri neft hasilatını sutkada 4.559 milyon barel, noyabrda isə 4.159 milyon barel azaldacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
2 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
-
- 13 saat əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
1 gün əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
1 gün əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
Sabah sulu qar, qar yağacaq
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Ən çox oxunanlar
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?




















