Azərbaycan ÜDM-inin artım tempi şərh edildi
Azərbaycan iqtisadi artım tempi aybaay sürətlənir.
Bu fikirləri İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib.
Onun sözlərinə görə, 2021-ci ilin ilk 9 ayında Azərbaycanda ÜDM-in artım tempi 6,2 faiz böyüyən qeyri-neft sektorunun drayverliyilə 4,8 faiz qeydə alınıb: “BVF Azərbaycan iqtisadiyyatının bu il 3 faiz artmasını proqnozlaşdırır ki, bu da əvvəlki proqnozları üstələyir və milli iqtisadiyyata güvənin artmasını göstərir. Lakin milli iqtisadiyyatın artım tempi həm BVF-nin, həm də Dünya Bankının proqnozlarını əhəmiyyətli şəkildə üstələyir. Artıq Azərbaycanda iqtisadi artım tempi “Dünya iqtisadi icmalı”nda Orta Şərq və Mərkəzi Asiya üçün proqnozlaşdırılan 4,1 faizlik həddi üstələyib.”
Vüsal Qasımlı bunun əsas səbəbini yüksək sənayeləşmə tempində görür: “Azərbaycanda ÜDM istehsalının 40,1 faizi sənayenin payına düşür ki, bu da orta dünya göstərici 24,8 faizdən əhəmiyyətli üstündür. Müqayisə üçün deyim ki, sənayenin ÜDM-də payı Mərkəzi Avropa və Baltik ölkələrində 27,2 faiz, Avrozonada 21,5 faiz və OECD ölkələrində isə 21,1 faizdir. Azərbaycanda sənayenin strukturunda da qeyri-neft-qaz sektorunun xüsusi çəkisi daha sürətlə artır. Azərbaycan dördüncü sənaye inqilabının tələblərinə uyğun inkişaf edir.”
V.Qasımlı post-konflikt quruculuğu, həmçinin tədiyyə və icmal büdcə balanslarının profisiti şəraitində makroiqtisadi fundamentalların iqtisadi artımı stimullaşdırdığını qeyd edib: “BVF-nin proqnozlarına əsasən Azərbaycanın cari əməliyyatlar hesabının ÜDM-ə nisbəti 2021-ci ildə 7,8 faiz təşkil etməklə Orta Şərq və Mərkəzi Asiyanın eyniadlı göstəricisi – 1,7 faizdən əhəmiyyətli şəkildə üstün olacaqdır. Proqnozlara görə Azərbaycan cari əməliyyatlar hesabının ÜDM-ə nisbəti göstəricisinə görə 2021-ci ildə Orta Şərq və Mərkəzi Asiya bölgəsində ilk üçlükdə qərarlaşacaqdır.”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 20 saat sonra
-
-
4 d. əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
Ən çox oxunanlar
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nigeriyanın texnologiya rəhbəri Bakıda: Azərbaycanla gələcək layihələr müzakirə edildi




















