Bank əmanəti üzrə faizi qaldırdı
VTB (Azərbaycan)-ın sədri vəzifəsini icra edən Yevgeni Borodin: Fiziki şəxslərin depozit portfeli ilin əvvəlindən 20,8% artaraq doqquz ayın yekunlarına görə 31,7 milyon manat təşkil edib.VTB (Azərbaycan) milli valyutada olan “Universal” əmanəti üzrə baza faiz dərəcələrini artırır. Bankın yaydığı məlumata görə, depozitin maksimum gəlirliliyi illik 10,2% -ə qədər olacaq.
Müştərilər vəsaitlərini milli valyutada 1095 günə, xarici valyutada - 731 günə qədər yerləşdirə bilərlər. Minimum əmanət məbləği milli valyutada 100 manat, xarici valyutada 100 dollar və ya 5000 rubl təşkil edir. Əmanətə vəsaitin əlavə edilməsi mümkündür.
“VTB müştərilərinə şəxsi vəsaitlərinin yığımı üçün ən əlverişli şərtləri təklif etməyə çalışır. Bankımızın depozit məhsullarına və xüsusilə milli valyutada olan əmanətlərə bazarda böyük tələbat var. Qeyd edək ki, fiziki şəxslərin depozit portfeli ilin əvvəlindən 20,8% artaraq doqquz ayın yekunlarına görə 31,7 milyon manat təşkil etmişdir. Əmanətlərə olan yüksək tələbatı nəzərə alaraq, VTB (Azərbaycan) əmanətlər daxilində faiz dərəcələrini artırır və müştərilərə pullarını qazandıqları və ya xərclədikləri valyutada çoxaltmağı təklif edir", - deyə, bankın idarə heyətinin sədri vəzifəsini icra edən Yevgeni Borodin bildirdi.
Hazırda VTB (Azərbaycan) müştəriləri faiz gəlirlərini yerləşdirmə müddətinin əvvəlində almağa imkan verən “Avans”, uzun müddətli "Sərfəli" və qısa müddətli "Sərbəst" əmanətlərindən də istifadə edə bilərlər.
Sentyabrın sonuna VTB (Azərbaycan)-ın ümumi depozit portfeli ilin əvvəlindən 16,7% artaraq 96,2 milyon manat təşkil etmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 17 saat əvvəl
-
17 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 17 saat əvvəl
- 17 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur





.jpg)






.jpg)






