Prezident SCADA İdarəetmə Mərkəzini iş saldı
Noyabrın 1-də Şamaxıda “Azərişıq” ASC-nin Şimal-Qərb Regional SCADA İdarəetmə Mərkəzinin açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.
Prezident İlham Əliyevin rəhbərliyi ilə regionlarda istehlakçıların elektrik təchizatının yaxşılaşdırılması məqsədilə "Azərişıq" ASC tərəfindən genişmiqyaslı tikinti, yenidənqurma və təmir işləri həyata keçirilir. Bu tədbirlər çərçivəsində “Meysəri” yarımstansiyasında da əsaslı yenidənqurma işləri aparılıb.
“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov bildirib ki, bu yarımstansiya vasitəsilə Şamaxı rayonunun 11, Ağsu rayonunun isə 5 yaşayış məntəqəsinin, sənaye, tibb, təhsil, sosial, turizm, kənd təsərrüfatı təyinatlı və digər obyektlərin fasiləsiz və dayanıqlı elektrik təchizatı təmin olunub. Yarımstansiyanın istismara verilməsi ilə 10 mindən çox əhalinin elektrik enerjisi təminatı daha da yaxşılaşdırılıb.
Qeyd edilib ki, "Meysəri" yarımstansiyasını qidalandırmaq üçün 110/35/10 kV-luq "Şamaxı" yarımstansiyasından 9,4 kilometr məsafədə 35 kV-luq ikidövrəli hava-kabel xətti, eyni zamanda, "Meysəri" yarımstansiyası ilə 35/10 kV-luq “Çuxuryurd-1” yarımstansiyası arasında 9 kilometr məsafədə 35 kV-luq hava xətti çəkilərək yarımstansiya dairəvi elektrik təchizatı sxeminə daxil edilib. Yarımstansiyada 35 və 10 kV-luq müasir qapalı paylayıcı qurğular və digər zəruri zəruri avadanlıq quraşdırılıb. Perspektivdə “Meysəri” yarımstansiyası vasitəsilə Şamaxı və İsmayıllı rayonlarının elektrik şəbəkələri əlaqələndiriləcək.
Diqqətə çatdırılıb ki, şəbəkələrin müasir idarəedilməsinin həyata keçirilməsi üçün "Meysəri" yarımstansiyasında "Azərişıq" ASC-nin Şimal-Qərb Regional SCADA İdarəetmə Mərkəzi yaradılıb. İlk dəfə olaraq Regional SCADA sistemi Mərkəzi SCADA sisteminə qoşulub. Regional SCADA idarəetmə sistemi həm mərkəzdən, həm də sərbəst idarəetmə imkanlarına malikdir. Bu sistem regionların dispetçer xidmətinin operativliyini təmin etmək baxımından mühüm əhəmiyyət daşıyır.
Yarımstansiyada bütün avadanlıqlar yeniləri ilə əvəz olunub. Bu sistem imkan verir ki, Şimal-Qərb Regional İdarəetmə Mərkəzinə daxil olan 7 şəbəkə üzrə onlayn informasiyalar və operativ məlumatlar həm bu idarəetmə mərkəzinə, həm də Bakıdakı Mərkəzi Dispetçer Xidmətinə ötürülsün. Gələcəkdə şimal-qərb regionundakı bütün yarımstansiyaların optik kabellə SCADA vasitəsilə buraya qoşulması təmin ediləcək. Bu yarımstansiyanın müsbət və fərqli cəhətlərindən biri odur ki, ilkin olaraq burada gərginliyin avtomatik tənzimlənməsi həyata keçirilir. Görülən işlər nəticəsində enerjinin etibarlılığı, stabilliyi və dayanıqlılığı tam təmin olunur. Eyni zamanda, “Çuxuryurd-2” yarımstansiyası da bu ərazidə yerləşən strateji obyektlərin elektrik təchizatının etibarlılığını və dayanıqlılığını təmin edir.
Dövlət başçısı Şimal-Qərb Regional SCADA İdarəetmə Mərkəzini işə salıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
15 d. əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 20 d. əvvəl
-
- 1 saat əvvəl
-
2 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
-
2 saat əvvəl
Azərbaycan ilə Türkmənistan arasında imzalanmış sənədlər mübadilə olunub
-
2 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti
Bəzi çimərliklərdən istifadə məhdudlaşdırılıb
Azərbaycanda süni yumurta satışı iddiaları ilə bağlı AÇIQLAMA
Azərbaycan Türkmənistana tanker hədiyyə etdi
PAŞA Bank-ın dəstəyi ilə keçirilən “AI for Good” layihəsi başa çatdı


























