Apple Pay artıq Bank Respublika kart sahibləri üçün əlçatan olur
Bank Respublika Apple Pay ödəniş üsulunu istifadəyə verdi. iPhone və Apple Watch ilə ödənişin daha təhlükəsiz, əminli və məxfi yolu.(®) Bu gündən etibarən Bank Respublika kart sahibləri Apple Pay vasitəsilə ödəmələri daha təhlükəsiz, əminli və məxfi şəkildə edə bilərlər. Apple Pay istifadəçiləri ödəniş kartını başqasına ötürmədən, ödəniş terminalının düymələrinə toxunmadan və nağd pulu əldən ələ ötürmədən ödəniş etmək imkanını qazanırlar. Hər bir əməliyyatın təhlükəsizliyi iPhone-nun innovativ texnologiyaları ilə təmin olunur.
Ödənişi həyata keçirmək üçün müştəri sadəcə iPhone telefonunu və ya Apple Watch saatını ödəniş terminalına yaxınlaşdırmalıdır. Apple Pay vasitəsilə həyata keçirilən hər bir əməliyyat etibarlı qorunur, çünki istifadəçi onu Face ID, Touch ID və ya cihazın parolu ilə təsdiq etməlidir və, bundan əlavə, bütün əməliyyatlarda unikal birdəfəlik dinamik təhlükəsizlik kodu istifadə olunur. Apple Pay ilə siz market, aptek, taksi, restoran, kafe, pərakəndə satış mağazaları və bir çox digər yerlərdə ödəmələr edə bilərsiniz.
Bundan əlavə, müştərilər Apple Pay vasitəsilə iPhone, iPad və Mac cihazlarına yüklənmiş tətbiqlərdə və ya Safari internet brouzerlərində açılmış saytlarda rahat və sürətli alışveriş edə bilərlər – artıq qeydiyyatdan keçməyə və qəliz formaları doldurmağa lüzum qalmır. Apple Pay ilə yemək və ərzaq çatdırılmasını, onlayn alışverişi, biletləri eldə etmək və digər ödənişləri etmək çox rahatdır. Apple Pay həmçinin Apple Watch tətbiqlərindəki ödəmələr etmək üçün istifadə oluna bilər.
Təhlükəsizlik və məxfilik Apple Pay-in əsasında durur. Siz kredit və ya debit kartınızı Apple Pay-ə əlavə etdikdə kart nömrələri nə cihazınızda, nə də Apple serverlərində saxlanılmır. Əvəzində ona unikal cihaz qeydiyyat nömrəsi verilir, sonra o şifrələnir və cihazınızın yüksək sənaye standartlarına cavab verən sertifikasiya edilmiş “Təhlükəsiz element” çipində əminliklə saxlanılır.
Apple Pay-i sazlamaq çox asandır. Sadəcə iPhone-da Wallet (“pul kisəsi”) tətbiqinə daxil olub, + (“üstəgəl”) işarəsini basıb oradakı təlimatlara əsasən Bank Respublika kredit və ya debit kartını əlavə etmək kifayətdir. Kart iPhone, Apple Watch, iPad və ya Mac cihazına əlavə olunan andan müştəri həmin cihazda Apple Pay-dən istifadə edə bilər. Müştəri Bank Respublikanın öz kart sahiblərinə verdiyi bonus və endirimlərdən yararlanmağa davam edir.
Apple Pay barədə təfərrüat ilə http://www.apple.com/apple-pay/ saytında tanış ola bilərsiniz.
Bank Respublika haqqında daha ətraflı məlumat burada: https://www.bankrespublika.az/
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
18 d. əvvəl
Bakcell və Gənclər Fondu “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramını elan edir
-
-
25 d. əvvəl
Mənzil axtaranların diqqətinə: Yasamalda büdcəyə uyğun, tam təmirli mənzillər satışda
- 17 saat əvvəl
- 17 saat əvvəl
-
18 saat əvvəl
2026-cı ildə balıq və digər su bioresurslarının ovu üçün kvota təqsdiqlənib - QİYMƏTLƏR
- 18 saat əvvəl
-
18 saat əvvəl
Porsche-nin satışlarında 16 ilin ən böyük azalması baş verib
-
19 saat əvvəl
ADUA müqavilə sahəsində seysmik tədqiqatla bağlı görüləcək işlərin vaxtı və həcmi dəqiqləşdirilib
- 19 saat əvvəl
-
19 saat əvvəl
Expressbank: Kreditləşmə və depozitlərdə güclü artım qeydə alınıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
ABB Tam Visa kartını təqdim etdi
Bank aviabilet alır - TENDER
Porsche-nin satışlarında 16 ilin ən böyük azalması baş verib
Ən çox oxunanlar
Sıfır xərclə ticarət mümkündür?
İndi aviabiletlər də ABB Business-də alınır
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan Nəşriyyatının binası təmirə bağlanır, nəşriyyatlar və redaksiyalar köçürüləcək
“İvanovka Süd Məhsulları” rəqiblərindən şikayət edib - Şirkətin müraciətilə 2 şirkətə və 1 sahibkara göstəriş verilib






















