“Azəriqaz” sayğacları yerli istehsalçıdan almağa başlayır
Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi ilə “Gəncə Cihazqayırma Zavodu” ASC arasında memorandum imzalanıb.
Marja bu barədə “Azəriqaz”a istinadən xəbər verir.
Məlumata görə, sənədi İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev və səhmdar cəmiyyətinin icraçı direktoru Ayət Bağırov imzalayıb.
Xatırladaq ki, ölkə prezidentinin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş "Milli iqtisadiyyat perspektivləri üzrə Strateji Yol Xəritələri"ndə, idxalın əvəzlənməsi fəaliyyətinin dəstəklənməsi və yerli məhsullarla özünü təminetmə səviyyəsinin daha da yüksəldilməsi strateji məqsəd olaraq müəyyənləşdirilib.
Ölkə üzrə həyata keçirilən iqtisadi islahatlar çərçivəsində idxalı əvəz edən yeni istehsal sahələrinin yaradılması və ixrac imkanlarının genişləndirilməsi dövlətin prioritet vəzifələrindən sayılır. Daxili istehsalın rəqabət qabiliyyətinin gücləndirilməsinə verilən dəstək də bu niyyətdən doğur.
“Gəncə Cihazqayırma Zavodu” ilə imzalanan memorandum G-4T və G-2,5T məişət tipli mexaniki qaz sayğaclarına olan tələbatı yerli istehsalçının ödəməsinin hüquqi bazasını təmin edəcək.
Tədbirdə çıxış edən R.Əliyev bildirib ki, bu əməkdaşlıq sayğaclara olan tələbatın ödənilməsi üçün SOCAR-ın idxaldan asılılığını azaldacaq, eyni zamanda xarici valyutanın ölkədən kənara çıxmasının qarşısını alacaq, şəffaflığı təmin edəcək, fəaliyyət sahəsi üzrə xərclərin optimallaşdırılmasına və gəlirlərin artırılmasına şərait yaradacaq. Baş direktor şəffaflığın təmin olunması baxımından mətbuat nümayəndələrinin zavodun işi və şəraiti ilə tanış olmaları məqsədi ilə Gəncəyə səfərinin təşkil ediləcəyini də bildirib.
A.Bağırov isə "Azəriqaz"ın tələblərinin yüksək səviyyədə qarşılanması üçün peşəkar kollektivə və dünya standartlarına cavab verən avadanlıqlara sahib olduqlarını deyib. O, əmin edib ki, istehsal edəcəkləri sayğaclar abonentlərə göstərilən yüksək səviyyəli xidmətə adekvat olacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 4 saat əvvəl
-
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
6 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
7 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti























