Ağ Ev "OPEC+"ı neft hasilatını artırmağa çağırır, lakin ABŞ şirkətlərinə təsir etmək niyyətində deyil
"ABŞ hakimiyyəti neft hasilatının həcmini artırmır, çünki müvafiq qərarlar özəl şirkətlər tərəfindən verilir, Vaşinqton OPEC+-ı hasilatı daha çox artırmağa çağırır".
Marja xəbər verir ki, bunu cümə axşamı keçirilən növbəti brifinqdə Ağ Evin mətbuat katibinin müavini Karin Jan-Pyer (Karine Jean-Pierre) bildirib.
O, ABŞ-ın niyə hasilatı artırmadığını soruşduqda, “ABŞ-da rəqabətə əsaslanan azad bazar sistemi var” cavabını verib.
"Fərdi şirkətlər müstəqil qərarlar verirlər. OPEC+ hasilat həcmini özləri təyin edən ölkələr qrupudur. Onların indi hərəkət etmək və davamlı qlobal bərpa zamanı heç bir maneənin olmamasını təmin etmək qabiliyyəti və səlahiyyəti var, bu həyati vacibdir", - Karin Jan-Pyer bildirib.
“OPEC+ hasilatı neftin qiymətinə təsir edir, bu, ABŞ-da benzinin qiymətinə təsir edir”, - o əlavə edib.
Karin Jan-Pyer söyləyib ki, ABŞ hakimiyyəti yanacaq bazarını sabitləşdirmək üçün bütün variantları nəzərdən keçirəcək.
“Biz enerji istehlak edən ölkələrlə dialoq aparırıq. Əlimizdə olan bütün vasitələri nəzərdən keçirəcəyik”.
Jan-Pyer əlavə edib ki, "konkret məlumat verə bilməz".
Ağ Evin sözçüsü qeyd edib: “Biz OPEC+ üzvü deyilik, onlar öz qərarlarını verirlər. Vaşinqton əvvəllər bir sıra OPEC+ ölkələri ilə qarşılıqlı əlaqədə olub və neft hasilatının artırılması ilə bağlı “komromis həllə çağırıb.
İndi neft hasil edən ölkələrin əksəriyyətinin enerji qiymətlərini sabitləşdirməsi və yüksək qiymətlərin iqtisadiyyatın bərpasına mane olmamasını təmin etmək vaxtıdır”.
Cümə axşamı iclasda OPEC+ sazişinə daxil olan ölkələr, idxalçıların, ilk növbədə ABŞ-ın neft hasilatını sürətləndirmək çağırışlarına baxmayaraq, ayda 400 min baldən çox olmayan neft hasilatını bərpa etmək planına sadiq qaldılar. Rusiya və Səudiyyə Ərəbistanının ortaq mövqeyi ondan ibarətdir ki, indiki şəraitdə tələbin bir qədər azalması və qiymətlərin düşə biləcəyi səbəblərindən neft hasilatını daha çox artırmaq mümkün deyil.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
16 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
-
23 saat əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
23 saat əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
1 gün əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI





















