ABŞ-da açıqlanan məlumatdan sonra neft bahalaşıb - "100 dollara çatacağı ehtimalı böyükdür"
Amerika Neft İnstitutunun (API) açıqladığı məlumatların ABŞ-ın xam neft ehtiyatlarının keçən həftə gözlənilmədən azaldığını göstərməsindən sonra neft qiymətləri yüksəlib.
Marja xəbər verir ki, Brent markalı neftin fyuçersləri çərşənbə axşamı 1,6% bahalaşdıqdan sonra 32 sent və ya 0,4% bahalaşaraq bir bareli 85,10 dollara çatıb.
ABŞ-ın West Texas Intermediate (WTI) xam neftinin fyuçersləri 9 sent və ya 0,1% artaraq bir bareli 84,24 dollar olub. Bu növ neft çərşənbə axşamı günü 2,7% bahalaşıb.
Amerika Neft İnstitutunun məlumatları son bir neçə ay ərzində qlobal neft ehtiyatlarının azaldığı və tədarükün məhdud qaldığı fikrini gücləndirib. Bu səbəbdən neft qiymətləri Çərşənbə axşamı günü oktyabrın 26-dan bəri ən yüksək səviyyədə bağlanıb.
"Reuters"in sorğusunda ABŞ xam neft ehtiyatlarının 2,1 milyon barel artımı ilə bağlı analitiklərin təxminlərinə zidd olaraq, API məlumatları noyabrın 5-dək olan həftə ərzində 2,5 milyon barel azaldığını göstərib.
Neft İxrac Edən Ölkələr Təşkilatı və onların müttəfiqləri gündəlik hasilat artımını 400.000 bareldə saxlamaq barədə qərar qəbul ediblər. Bu səbəbdən də təklif məhdud olaraq qalır.
Artan hava nəqliyyatı da neft tələbini dəstəkləyir.
Qlobal bazarlar, çərşənbə günü ABŞ Enerji İnformasiya Administrasiyasının (EIA) xam neft ehtiyatlarının azalmasını təsdiq edib etmədiyini görmək üçün həftəlik məlumatlarını gözləyir.
Ticarət nəhəngi "Vitol Group"un İcraçı Russell Hardy neft tələbinin pandemiyadan əvvəlki səviyyələrə qayıtdığını və 2022-ci ilin birinci rübündə tələbin 2019-cu ilin səviyyəsini keçə biləcəyini söyləyib.
Hardi "Reuters"in Əmtəə Sammitində deyib: "Bir barel üçün 100 dollara qədər artım ehtimalı böyükdür".
ABŞ prezidenti Co Baydenin son vaxtlar artan benzin qiymətləri ilə bağlı narahatlıq fonunda Strateji Neft Ehtiyatından neftin satılıb-satılmayacağına qərar verib-verməyəcəyini də gözləyir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
6 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)





.jpg)







