“Yevlax Yun" özəlləşdirməyə çıxarıldı
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 04 iyul tarixində dövlət əmlakının özəlləşdirilməsi üzrə bu ayın ilk hərracı keçiriləcək.
Vətəndaşların və potensial investorların bu hərracda özəlləşməyə çıxarılan 122 dövlət əmlakına sahib olmaq imkanı var. Bunlardan 26-sı kiçik dövlət müəssisə və obyekti, 76-sı istifadəsiz qeyri-yaşayış sahəsi, 20-si isə səhmdar cəmiyyətləridir.
Hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr vardır. Belə səhmdar cəmiyyətlərinə “Ağcabədi Aqrotexservis”, “Astara çay-3”, “Yevlax Yun”, “Xaçmaz Mexanizasiya Nəqliyyat“, “Şıxlar Broyler”, “Mingəçevir Qum Çınqıl“ və digər bu kimi səhmdar cəmiyyətləri aiddir. Qeyd edilməlidir ki, hərraca cıxarılan səhmdar cəmiyyətləri paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir.
Hərraca çıxarılan səhmdar cəmiyyətlərin nizamnamə kapitalı 53 min 750 manatla 2 milyon 391 min manat arasında dəyişir. Bu kateqoriyaya aid edilənlər arasında səhmlərinin özəlləşdirməyə çıxarılan ilkin start qiyməti ən çox olan əmlak “Yevlax Yun“ Açıq Səhmdar Cəmiyyətidir. Adı çəkilən əmlakın səhminin 20%-i 240 min manata yaxındır. Bundan başqa qiymətində digərlərindən fərqlənən əmlak“Mingəçevir Qum Çınqıl” Açıq Səhmdar Cəmiyyətidir. Həmin əmlakın səhmi isə 156 min manata yaxın təklif olunur.
Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye, nəqliyyat və digər sahələrinə aiddir. Bu əmlaklar paytaxtla yanaşı Gəncə, Şirvan, Balakən, Zaqatala, Lənkəran, Sumqayıt və digər rayonlarda yerləşir. Özəlləşdirilən əmlakların ümumi faydalı sahəsi 24 kv.m ilə 147 min kv.m arasında dəyişir. Hərracda ən yüksək qiymətə özəlləşdirməyə açıq elan edilən kiçik dövlət müəssisəsi Zaqatala Barama Toxumu Zavodudur. Adı çəkilən əmlak 283 min 750 manata təklif edilir. Torpaq sahəsi 18 min 350 kv.m, ümumi faydalı sahəsi isə 3 min 881 kv.m təşkil edir. Qeyd edək ki, əmlak torpaq sahəsi ilə birgə özəlləşdirməyə çıxarılır. Sumqayıt şəhərində yerləşən 22 saylı mağaza 218 min manata yaxın, Şirvanda yerlıəşən Yardımçı Təsərrüfat 157 min 500 manat olmaqla qiyməti ilə seçilənlər sırasındadı.
Özəlləşdirilməyə açıq elan edilən istifadəsiz qeyri-yaşayış sahəsindən 64-ü paytaxtda, qalanları isə respublikanın digər rayon və şəhərlərində yerləşir.
Vətəndaşların və potensial investorların hərracda əmlaka yiyələnməsi üçün cəmi 2 sadə prosedur keçmələri kifayət edir. Bunun üçün privatization.az portalına daxil olub, əmlakı seçib sifariş vermək və 10% məbləğində behi elektron qaydada ödəmək yetərlidir. Qeyd edilməlidir ki, elektron sifarişlər hərracın keçirilməsinə 3 bank günü qalanadək verilməlidir.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 34 d. əvvəl
-
- 53 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
2 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
2 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
- 2 saat əvvəl
-
3 saat əvvəl
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
- 17 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Lombard şirkəti illik 15%-lə 2 milyon manat cəlb edir
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq
Azərbaycan bankı 1 ildə işçilərinin sayını 131 nəfər artırıb
Dövlət Vergi Xidmətinin rəisinə və baş idarə rəislərinə ali rütbələr verildi, işçiləri təltif edildilər - SİYAHI
Energetika naziri İranın səfirini qəbul edib - Dövlət Komissiyasının iclası keçiriləcək
2025-də Azərbaycanın qaz hasilatı 2,1%, SOCAR üzrə isə 1,4% artıb
Yanvarda dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 2,3 milyard manat artıqlıq yaranıb























