Facebook videoların Ukrayna himni ilə səsləndirilməsini əngəlləyib
“Facebook”, əsərin müəllif hüququnun məşhur ukraynalı müğənni Aleksandr Ponomarevə aid olduğunu güman edərək, yayımlar zamanı Ukraynanın dövlət himninin səsləndirilməsini əngəlləyir.“Facebook” himnin müəllif hüquqlarının məşhur ukraynalı müğənni Aleksandr Ponomarevə aid olduğunu güman edərək, müxtəlif yayımlar zamanı onun səsləndirilməsini əngəlləyib.
"Nemişayevski kənd sovetinin (Kiyev vilayəti) iclasının əvvəl və sonunda Ukrayna himninin səsləndiyi efirdə səsin bir hissəsi kəsilib. Facebook bu videonun 1 dəqiqə 41 saniyəsinin müəllif hüquqlarının müdafiəsi altında olduğunu hesablayıb”, – "Ölkə siyasəti" adlı Telegram kanalından bildirilib.
“Facebook” sosial şəbəkəsinin alqoritmləri video yayımlarda müəllif hüquqları ilə qorunan məzmun sahələrini müəyyən etməyə, sənətçilərin müəllif hüquqlarını qorumaq üçün belə məqamlarda səsi bloklamağa imkan verir.
Qeyd edək ki, Aleksandr Ponomarev, həqiqətən də, müxtəlif tədbirlərdə tez-tez Ukrayna himnini oxuyurdu. Bunlardan ən yadda qalanı isə sənətçinin 2000-ci ildə milli futbol komandasının oyunundan əvvəl stadionda himnlə ilk çıxışı olub.
Bundan əvvəl teleaparıcı Dmitri Qordon Ukrayna himninin mətninin dəyişdirilməsini, onun daha “ülvi” və “əzəmətli” olmasını təklif etmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 4 saat əvvəl
-
- 4 saat əvvəl
-
5 saat əvvəl
Banklarda bazar risklərinin idarə edilməsi üzrə yeni tənzimləmə çərçivəsi təsdiq edilib
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
-
8 saat əvvəl
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
- 8 saat əvvəl
-
8 saat əvvəl
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Kino Agentliyində yeni təyinatlar olub - YENİLƏNİB
KİV: İrandakı etirazlarda ölənlərin sayı 3 minə çatıb
“Azneft”dən hava şəraitinin dəyişməsi ilə bağlı açıqlama
Gümüş rekorddan "doymur"
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
Ən çox oxunanlar
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
Prezident süxurların partladılması üçün rəmzi düyməni basdı - Çinə 1,6 milyard manatlıq məhsul ixrac olunacaq
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub.
"Dövlət istiqrazlarının böyük hissəsi büdcədən vəsait alan hüquqi şəxslərin əlində cəmləşib"





















