Eni şirkətinin Baş direktoru enerji bazarının problemlərini investisiyaların azalmasında görür
İtalyanının enerji şirkəti Eni-nin Baş icraçı direktoru Klaudio Descalzi (Claudio Descalzi) cari enerji bazarındakı problemlərin və artan enerji qiymətlərinin köklərini investisiyalarının əhəmiyyətli dərəcədə azalmasında görür.
Marja xəbər verir ki, o, bu barədə bazar günü “Corriere della sera” qəzetində dərc olunan müsahibəsində bildirib.
Deskalzi qeyd edib ki, böhrana səbəb olan tələb və təklif arasındakı uyğunsuzluq qlobal xarakter daşıyır və təkcə Avropaya aid deyil.
“Problem ondan ibarətdir ki, sahənin məhsuldarlığına səbəb olan investisiyaları əhəmiyyətli dərəcədə azaldılıb. İlk azalma 2014-cü ildə həddindən artıq təklifdən qaynaqlandı. Sonra investisiyaların həcmi ildə 850 milyard dollardan 350-400 milyard dollara qədər azaldı. O vaxtdan bəri, həddindən artıq yüksək təklif qorxusu fonunda investisiyalar artmadı. Pandemiya nəticəsində investisiyalar daha da azalıb”, - deyə top menecer bildirib.
Onun fikrincə, "pandemiyanın yaratdığı müəyyən ləngimə ona gətirib çıxarıb ki, indi enerji təchizatına zəmanət verməli olanlar əvvəlki illərdə kifayət qədər sərmayə qoyulmaması səbəbindən tələb olunan istehsal templərini saxlaya bilmirlər".
Həmçinin Descalzi, proqnozlaşdırılan əhali artımı səbəbindən enerji tələbatının artacağını proqnozlaşdırır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
14 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
-
21 saat əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
22 saat əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 22 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
- 23 saat əvvəl
-
23 saat əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
23 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI




















