VTB (Azərbaycan) əmanət üzrə faiz dərəcəsini artırır
VTB (Azərbaycan) “Sərfəli” əmanət üzrə gəlirliyi 12%-ə çatdırıbVTB (Azərbaycan) milli valyutada “Sərfəli” əmanəti üzrə baza faiz dərəcəsini artırır. Əmanət üzrə maksimal gəlirlik indi illik 12%-ə qədər olacaq. Bu barədə Bankdan Marja-ya bildirilib.
Qeyd edilib ki, siz 3 aydan 3 ilədək müddətə manat, dollar və ya rublla “Sərfəli” depoziti aça bilərsiniz. Milli valyutada minimum əmanət məbləği 100 manat, xarici valyutada isə 100 dollar və ya 5000 rubl təşkil edir. Müştərilər vəsaitin yerləşdirilməsini eyni məbləğ və müddət üçün bir dəfə uzada bilərlər. Əmanətin qismən artırılması və ya çıxarılması mümkün deyil.
“Biz müştərilərimiz üçün məhsullar üzrə şərtləri daim təkmilləşdiririk və depozitlər üzrə gəlirliliyin artırılması bu istiqamətdə daha bir addımdır. Doqquz ayın yekunlarına görə, fərdi müştərilərin depozitləri üzrə portfel ilin əvvəli ilə müqayisədə 20%-dən çox artaraq 31,7 milyon manat təşkil edib. Əmanətlərə olan yüksək tələbatı nəzərə alaraq, VTB (Azərbaycan) müştərilərimizin əmanətlərini qoruyub saxlaya və maksimum dərəcədə artıra bilməsi üçün bazarda ən sərfəli tariflərdən birini təklif edir”, - deyə VTB (Azərbaycan)-ın Pərakəndə Biznes Departamentinin direktoru Yevgeni Borodin bildirib.
VTB (Azərbaycan) müştəriləri, həmçinin yerləşdirmə müddətinin əvvəlində faiz gəlirlərinin ödənilməsini təklif edən “Avans” depozitindən, uzunmüddətli “Universal” əmanətindən və qısamüddətli əmanətdən – “Sərbəst”-dən istifadə edə bilərlər.
VTB (Azərbaycan)-ın ümumi depozit portfeli sentyabrın sonunda ilin əvvəlindən 16,7% artaraq 96,2 milyon manat təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 17 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər






.jpg)









.jpg)




