Maqnezium çatışmazlığı səbəbindən kuzov və ehtiyat hissələri bahalaşa bilər
Premium avtomobillər daha çox bahalaşa bilər!Ekspertlər bildiriblər ki, alüminium, kuzov və avtomobillər üçün ehtiyat hissələri gözlənilən maqnezium defisiti fonunda bahalaşa bilər.
Marja xəbər verir ki, məlumata görə, ən böyük qiymət artımı daha çox alüminiumdan istifadə edən premium avtomobil markalarında özünü göstərəcək.
“İlin sonuna qədər maqnezium 1,5 dəfə, maqnezium törəmələri isə təxminən üçdə bir nisbətində bahalaşa bilər. Alüminium, kuzov hissələri və avtomobil ehtiyat hissələri bahalaşmalıdır. Eyni zamanda, qiymət artımı alüminiumun daha geniş istifadə olunduğu premium brendlərə daha çox təsir edəcək”, - deyə ekpertlər bildiriblər.
Mütəxəssislərin fikrincə, maqnezit bazarının gələcəyi yaxın aylarda müəyyənləşəcək, qiymət artımı ssenarisi isə artıq açıqlanıb. 2021-ci ilin sentyabrında maqneziumun qiyməti avqust ayı ilə müqayisədə 36% artıb. İlin sonuna qədər xammalın dəyəri 1,5 dəfə, maqnezium törəmələri iə təxminən üçdə bir nisbətində bahalaşa bilər.
Dünyadakı avtomobil istehsalçılarının planlarını dəyişdirən mikroçip böhranından sonra Çində maqnezium istehsalının azalması səbəbindən yeni böhran yarana bilər. Avtomobil sənayesində geniş istifadə olunan alüminium ərintiləri üçün xammal (maqnezium) lazımdır. Bu olmasa, sənaye yaxın bir neçə ay ərzində iflic vəziyyətinə düşə bilər.
Mütəxəssislərin fikrincə, bu cür dəyişikliklərə səbəb Çindəki zavodlar üçün yeni ekoloji qaydalardır və onlar indi elektrik enerjisi istehlakı üçün ayrılmış limitlərə uyğun olmalıdır.
Çin hökuməti kömür yanmasını azaltmaqla zərərli emissiya problemini belə həll etməyə çalışır. Nəticədə bəzi maqnezium hasilatı zavodları hasilatını yarıya qədər azaldıb, bəziləri isə tamamilə dayandırılıb.
Ekspertlər bildirib ki, maqnezium istehsalı ilə bağlı problemlər ən azı 2021-ci ilin sonuna qədər qalacaq və mövcud ehtiyatlar noyabrın sonuna qədər kifayət edəcək. Eyni zamanda, mütəxəssislərin fikrincə, vəziyyət maqneziumun özünəməxsus xüsusiyyətləri ilə çətinləşir: onu anbarlarıa yığıb saxlamaq olmur, çünki təxminən üç aydan sonra metal öz keyfiyyətlərini itirərək havada oksidləşməyə başlayır.
Bu fonda Avropa Avtomobil İstehsalçıları Assosiasiyası, digər 11 sənaye qrupu ilə birlikdə artıq yaxınlaşan maqnezium çatışmazlığı barədə xəbərdarlıq edib.
Bu gün Çin qlobal maqnezium sənayenin 90%-ni və Avropa bazarının 95%-ni təşkil edir. Audi, BMW, General Motors, Mercedes, Volvo və bir çox başqa markalar Çinə bağlıdır. Mütəxəssislərin fikrincə, istehsal həcmi aşağı qalsa, maqnezium qiymətlərində artım tendensiyası 2022-ci il ərzində davam edəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 32 d. əvvəl
-
-
1 saat əvvəl
İranla ticarət aparan ölkələrə 25 faiz gömrük rüsumu tətbiq ediləcək
-
1 saat əvvəl
“Kristal”dan sosial mediada yayılan iddialarla bağlı açıqlama
- 1 saat əvvəl
-
1 saat əvvəl
SpaceX, 7 min 500 Starlink peykinin buraxılışı üçün təsdiq aldı
- 2 saat əvvəl
- 11 saat əvvəl
-
12 saat əvvəl
İran rialının məzənnəsi ölkədəki etirazlar fonunda yeni antirekord qırıb
-
15 saat əvvəl
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
- 15 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Mercedes yenə BMW-dən geri qaldı
İranla ticarət aparan ölkələrə 25 faiz gömrük rüsumu tətbiq ediləcək
SpaceX, 7 min 500 Starlink peykinin buraxılışı üçün təsdiq aldı
Alphabet-in bazar dəyəri ilk dəfə 4 trilyon dolları keçdi
Ən çox oxunanlar
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
Azercell yeni rouminq paketlərini istifadəyə verir
Gön ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
"Bir çox yerlərdə məcburi köçürmələr olacaq"
























