Qlobal bankdan "Dollar 13,90 türk lirəsi olacaq" proqnozu
Avropanın əsas maliyyə şirkətlərindən biri olan "Societe Generale" 2022-ci il üçün dollar/TL məzənnəsi üzrə proqnozlarını yeniləyib.
Marja xəbər verir ki, "Societe Generale" 2022-ci ilin ilk rübünün sonu üçün dollar proqnozunu 11,50 səviyyəsinə qaldırıb. 22 Oktyabr 2021-ci il tarixli hesabatda "Societe Generale"ın dollar/TL proqnozu 10,90 olmuşdu.
Təşkilatın 2022-ci ilin ikinci rübünün sonuna dair proqnozunu 11,50-dən 12,20-yə yüksəldib. Üçüncü rüb üzrə proqnozunu isə 12-dən 13-ə çatdırıb. 2022-ci ilin son rübü üçün dollar/TL proqnozunun isə 13,90 olduğunu qeyd edib.
2022-ci il | Köhnə proqnoz (22 oktaybr) | Yeni proqnoz (18 noyabr) |
1-ci rüb | 10,90 | 11,50 |
2-ci rüb | 11,50 | 12,20 |
3-cü rüb | 12,00 | 13,00 |
4-cü rüb | 12,50 | 13,90 |
"Societe Generale" 2022-ci ildə Türkiyə Mərkəzi Bankının təcili faiz artıracağını gözləyir.
"Societe Generale" qarşıdakı günlərdə Türk lirəsində sürətli ucuzlaşama yaşanacağını və Mərkəzi Bankının pul siyasətinin tərsinə dönəcəyini və gələn ilin ilk rübündə faizin 19%-ədək yüksəldiləcəyini nəzərdə tutur.
Dünən Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) maraqla gözlənilən faiz qərarını açıqlayıb və pul siyasəti faizini 1 bənd endirimlə 16%-dən 15%-ə düşürüb.
TCMB sentyabr, oktyabr və noyabr ayı yığıncaqlarında cəmi 4 faiz bəndi endirimlər edərək faizni 19%-dən 16%-ədək azaldıb.
Türk Lirəsinin kəskin ucuzlaşmasına və inflyasiya artımasına baxmayaraq TCMB, dekabr ayında da faiz endiriminə davam edəcəyinin mesajını verib.
Dünən faiz qərarı açıqlanmamaışdan əvvəl 10,57 səviyyəsində olan dollar/TL məzənnəsi, qərar açıqlananadan sonra əvvəl 10,97-yə, sonra 11,31-ə qədər yüksəlib. Məzənnə, faiz endirimləri başlamamışdan əvvəl - sentyabrın əvvəlində 8,27 idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 43 d. əvvəl
-
3 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
-
3 saat əvvəl
Kapital Bank-ın sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi
- 3 saat əvvəl
-
3 saat əvvəl
Trampın İran ultimatumu və razılaşma danışıqları investorları çaşqınlıqda saxlayır
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
"ƏDV geri al” çərçivəsində 51,7 milyon manatdan çox vəsait alıcılara qaytarılıb
-
5 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Ağ Ev: ABŞ İrana qarşı nüvə silahından istifadə etməyəcək
Aktiv ƏDV ödəyicilərinin sayı daha da artıb
Ən çox oxunanlar
"TCF BOKT"ın xalis mənfəəti kəskin artıb
Mərkəzi Bankın departament rəhbəri işdən çıxıb
Aprelin 8-də gözlənilən hava şəraiti
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 1,7 milyard manatlıq artıqlıq yaranıb

























