"Kupçasız" evlərin vergisiz satışına dair yenilik gəlir
Bəzi binalar üzrə sənədləşmənin olmaması olmaması səbəbindən vətəndaşlar həmin yaşayış sahələrini satarkən onlardan vergi tutulurdu. Yeniliyə görə, həmin yaşayış sahəsində azı 3 təqvim ili ərzində yaşamasını təsdiq edən sənədlər (kommunal təşkilatların arayışları) olduğu halda, onun sadələşdirilmiş vergiyə cəlb edilməməsi nəzərdə tutulur.Məlum olduğu kimi, Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər paketi artıq Milli Məclisə təqdim olunub.
Marja.az xəbər verir ki, qanun layihəsi ilə bağlı müzakirələr davam etdiyindən, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti təklif olunan bəzi əsas dəyişikliklər və onların əsaslandırılmasını hissə-hissə ictimaiyyətin diqqətinə təqdim edir.
Vətəndaşların sosial hüquqlarının qorunması istiqamətində verilmiş təkliflərdən biri də fiziki şəxslər tərəfindən əmlak təqdim edilməsi zamanı bir sıra obyektiv halların nəzərə alınması (mülkiyyəti təsdiq edən sənədlərin gec verilməsi, sökülən binaların əvəzinə vətəndaşlara yeni mənzilin verilməsi) ilə bağlıdır.
Mövcud vergi qanunvericiliyinə əsasən, fiziki şəxsin azı 3 təqvim ili üzrə yaşayış yeri üzrə qeydiyyatda olduğu mənzilin satılması notariuslar tərəfindən ödəmə mənbəyində tutulan vergidən azaddır. Lakin bir sıra hallarda vətəndaşlar yalnız 1 yaşayış sahəsinə sahib olmasına və həmin yaşayış sahəsində uzun müddət yaşamasına baxmayaraq, müvafiq binalar üzrə sənədləşmənin olmaması səbəbindən yaşayış yeri üzrə qeydiyyata düşə bilmirlər. Bu zaman belə vətəndaşlar həmin yaşayış sahələrini satarkən yaşayış yeri üzrə 3 təqvim ilini əhatə edən qeydiyyat tələbi ödənilmədiyinə görə notariusda müqavilə təsdiq olunarkən onlardan vergi tutulurdu ki, bu da sosial ədalətlilik prinsipi ilə ziddiyyət təşkil edirdi. Vergi Məcəlləsinə təklif edilmiş dəyişikliklərə əsasən, fiziki şəxsin yalnız 1 yaşayış sahəsi olduqda və həmin yaşayış sahəsi üzrə qeydiyyatı təsdiq edən sənədi olmamasına baxmayaraq, həmin yaşayış sahəsində azı 3 təqvim ili ərzində yaşamasını təsdiq edən sənədlər (kommunal təşkilatların arayışları) olduğu halda, onun sadələşdirilmiş vergiyə cəlb edilməməsi nəzərdə tutulur.
Əlavə olaraq, mənzil satışı zamanı vergilər hesablanarkən bir sıra obyektiv halların nəzərə alınmasının davamı kimi, layihədə sökülmüş evlərin əvəzində fiziki şəxslərə yeni tikilmiş binadan mənzillər verilərkən tikilmiş binanın ünvanı fərqli olduğu halda, fiziki şəxsin sökülmüş evdə azı 3 il müddətində (sökülmüş və sökülmüş binanın yerində tikilən yeni binada yaşayış yeri üzrə qeydiyyatda olduğu müddətlər cəmlənməklə) yaşayış yeri üzrə qeydiyyatı olduğu halda, fiziki şəxsin sökülmüş yaşayış sahəsi həddində (artıq sahə verildiyi halda sökülmüş yaşayış sahəsinin 20 faizi həddində) yerli icra hakimiyyəti orqanı tərəfindən verilmiş və özündə yaşayış sahələrinin sökülməsini və sökülmüş yaşayış sahəsinin müqabilində yeni yaşayış sahəsinin verilməsini təsdiq edən arayış əsasında sadələşdirilmiş vergiyə cəlb edilməməsi təklif olunan dəyişikliklər sırasındadır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 5 saat əvvəl
-
5 saat əvvəl
GROUPMOTORS Yeni İldə əməkdaşlarını Sportcar ilə mükafatlandırdı
-
6 saat əvvəl
Marja.az oxucularını və tərəfdaşlarını Yeni il münasibətilə təbrik edir!
-
-
1 gün əvvəl
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dövlət şirkətlərini və publik hüquqi şəxsləri monitorinq edəcək agentlik yaradıldı - FƏRMAN
-
1 gün əvvəl
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azad edilmiş ərazilərdə bir sıra obyektlər üçün elektrikə qoşulma xidməti pulsuz oldu
-
1 gün əvvəl
Dünya Bankı qiymətləndirməsində Azərbaycanın maliyyə xidmətləri üzrə 101 ölkə arasında zirvədə
Son Xəbərlər
Yanvarın 1-də gözlənilən hava şəraiti -Qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var
GROUPMOTORS Yeni İldə əməkdaşlarını Sportcar ilə mükafatlandırdı
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
"Hazırda yumurta Gürcüstanda 43 qəpiyə, Türkiyədə 33 qəpiyə, Azərbaycanda isə 16-19 qəpiyə satılır. Nəticələr, çox əladır"
Dövlət şirkətlərini və publik hüquqi şəxsləri monitorinq edəcək agentlik yaradıldı - FƏRMAN
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
Ən çox oxunanlar
Azad edilmiş ərazilərdə bir sıra obyektlər üçün elektrikə qoşulma xidməti pulsuz oldu
Dünya Bankı qiymətləndirməsində Azərbaycanın maliyyə xidmətləri üzrə 101 ölkə arasında zirvədə
Birbank-da əlavə 3 ay taksitlə bayramı dolu-dolu yaşayın
Dövlət bir sıra məhsul və xidmətlər üzrə qiymətlərə dəyişiklik etdi
“SİMA İmza”nın tərəfdaş sayı 100-ə çatdı
ABB-dən daha 3 hesabat!




















