"Rusiya Sovet dövründən bəri orduya ən böyük ehtiyatda olan hərbçi çağırışını elan edib"
“Bloomberg” Amerika kəşfiyyatının məlumatları ilə tanış olan mənbələrə istinadən xəbər verir ki, Rusiya ölkənin müasir tarixində misli görünməmiş ehtiyatda olan hərbçiləri orduya çağırır.
Marja xəbər verir ki, mənbələrin sözlərinə görə, SSRİ dövründən indiyədək belə olmayan çağırış vərəqəsini ehtiyatda olan on minlərlə rusiyalı alıb.
Agentlik mənbələri hesab edir ki, bu hərəkətlər yaxın gələcəkdə - soyuq havalar başlayandan sonra start veriləcək, Rusiya ordusu tərəfindən Ukrayna ərazisinə bir neçə istiqamətdən genişmiqyaslı müdaxilənin hazırlanması planının tərkib hissəsidir.
Bloomberg-in mənbələrinə görə, ehtiyatda olan hərbiçilərin rolu ərazini "uzunmüddətli işğal" üçün saxlamaq olacaq, birbaşa hərbi əməliyyatı isə sərhəd yaxınlığında cəmləşmiş 100 min nəfərdən ibarət qruplar həyata keçirəcək.
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (GUR) rəhbəri Kirill Budanov “Military Times” qəzetinə müsahibəsində bildirib ki, hazırda 92 minlik Rusiya hərbçisi Ukrayna sərhədi yaxınlığında cəmləşib.
Onun sözlərinə görə, Rusiya əməliyyatı 2022-ci ilin yanvar və ya fevralında başlaya və 2014-cü ildə 14 min insanın həyatına son qoyan münaqişədən qat-qat dağıdıcı ola bilər.
Onun sözlərinə görə, hücuma - hava zərbələri, artilleriya və zirehli texnikalar, ardınca Ukraynanın şərqinə eniş, Odessa və Mariupola dəniz hücumu və ola bilsin ki, Belarusdan daha kiçik bir müdaxilə daxildir.
Budanovun sözlərinə görə, aydındır ki, sərhəddə toplanmış potensial belə əməliyyatın həyata keçirilməsinə imkan verir: kontingentin sayı artıb, daha çox texnika və qabaqcıl silahlar, o cümlədən “İsgəndər” raket kompleksləri var.
Budanovun sözlərinə görə, hərbi əməliyyat Ukrayna daxilində sabitliyi pozmaq cəhdi ilə müşayiət olunacaq. Oktyabrın sonundan etibarən Rusiya ölkəyə termal kömür tədarükünü dayandırıb və bu, enerji böhranını daha da gücləndirib. “Onlar etirazlar və mitinqlər vasitəsilə iğtişaşlar törətmək istəyirlər ki, xalq hökumətə qarşı çıxsın”, - Budanov bildirib.
Müştərilərin xəbərləri
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 29 d. əvvəl
-
-
38 d. əvvəl
Xamenei Trampı ABŞ gəmilərini dənizin dibinə göndərməklə hədələyib: "İranı məhv edə bilməyəcəksiniz"
- 57 d. əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
- 4 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
EY İlin İş Adamı müsabiqəsinin qalibi açıqlandı
Sərfəli şərtlərlə istehlak krediti
Müasir marketinq: səs-küydən mənaya doğru
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Suraxanının İcra başçısına töhmət verilib
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var
Rəsmi məzənnələr açıqlandı
Nestle, Danone və Lactalis barəsində cinayət işi açılıb - məsul rəhbərlər 7 ilə qədər həbs cəzası ilə üz-üzə
Daha bir ölkə Avroya keçə bilər






















