Yeni limitlərin pərakəndə ticarətdə çətinliklər yaradacağı iddialarına münasibət
"Dəyişikliklər ticarət əməliyyatları zamanı vətəndaşlara münasibətdə hər hansı əlavə inzibati yük yaratmayacaqdır".Məlum olduğu kimi, növbəti ilin büdcə zərfi çərçivəsində hazırlanmış “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilməsi ilə bağlı qanun layihəsi Milli Məclisdə baxılmaqdadır.
Marja.az xəbər veri rki, qanun layihəsində bir sıra ödəmələrin nağdsız qaydada həyata keçirilməsini nəzərdə tutan dəyişikliklər təklif edilir. Layihəyə əsasən nağdsız həyata keçirilməsi nəzərdə tutulan ödəmələr aşağıdakılardır:
-Pərakəndə satış qaydasında təqdim edilən malların satışı üzrə bir əməliyyat çərçivəsində 4.000 manatdan artıq olan ödənişlər;
-Tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlər üzrə bir əməliyyat çərçivəsində 500 manatdan artıq olan ödənişlər;
-İxtisaslaşdırılmış qaydada, o cümlədən komisyon və ticarət təşkilatları vasitəsilə avtomobil satışı üzrə ödənişlər;
-“Lotereyalar haqqında” və “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanunları ilə tənzimlənən münasibətlər üzrə müəyyən edilmiş ümumi məbləği 3.000 manatdan artıq olan uduşlar (mükafatlar) və oyunlarda iştirakla bağlı pul ödənişləri (pul qoyuluşları).
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qeyd edilən dəyişikliklərin pərakəndə ticarət əməliyyatları zamanı ödənişlərin həyata keçirilməsi ilə bağlı vətəndaşlara müəyyən çətinliklər yaradacağı barədə bəzi kütləvi informasiya vasitələrində yer alan məlumatlara münasibət bildirməyi zəruri hesab edir.
"Qeyd edilməlidir ki, təklif olunan dəyişikliyin əsas məqsədi “kölgə iqtisadiyyatı” ilə mübarizə, ölkə ərazisində mülki dövriyyənin iştirakçıları arasında aparılan əməliyyatların və hesablaşmaların şəffaflığını təmin etmək, nağd pul hesablaşmalarının nağdsız hesablaşmalarla əvəzlənməsinə nail olmaq, habelə istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirməkdir. Nağdsız hesablaşmaların iqtisadi dövriyyədə xüsusi çəkisinin artması biznes əməliyyatlarının şəffaflaşmasını və dövlət gəlirlərinin artmasını şərtləndirir ki, bu da nəticə etibarilə büdcənin maliyyə imkanlarını artırır, sosial sektorun maliyyələşdirilməsi ilə bağlı əlavə mənbələr yaradır.
“Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən nağdsız hesablaşmanın aşağıdakı formaları vardır:
- bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə aparılan hesablaşmalar;
- ödəniş terminalları vasitəsilə həyata keçirilən hesablaşmalar;
- birbaşa nağd qaydada satıcının bank hesabına köçürülməklə aparılan hesablaşmalar.
Göründüyü kimi, qanunvericilikdə nağdsız hesablaşmaların aparılmasının bir neçə forması təsbit olunub ki, vətəndaşlar nağdsız hesablaşmaları POS-terminallar, elektron ticarət platformaları, internet bankinq xidmətləri, mobil applikasiyalar, ödəniş terminalları vasitəsilə, həmçinin birbaşa nağd qaydada satıcının bank hesabına və ya bank hesabından satıcının bank hesabına köçürməklə həyata keçirmək imkanına malikdirlər. Bu səbəbdən, qanunvericiliyə edilməsi nəzərdə tutulan dəyişikliklər ticarət əməliyyatları zamanı vətəndaşlara münasibətdə hər hansı əlavə inzibati yük yaratmayacaqdır.
Eyni zamanda, hazırda ölkə ərazisində pərakənda ticarət sahəsi üzrə alınmış mallara görə ödənilmiş ƏDV-nin qaytarılması sisteminin tətbiq edildiyi nəzərə alınarsa, təklif olunan dəyişikliklər istehlakçılara qaytarılan ƏDV məbləğlərinin artmasına da müsbət təsir edəcəkdir. Belə ki, qanunvericiliyə əsasən istehlakçıya qayatrılan məbləğ nağdsız qaydada ödənilmiş ƏDV-nin 15 faizini, nağd qaydada ödənilmiş ƏDV-nin 10 faizini təşkil edir. Eyni zamanda qanunvericiliyə təklif olunan dəyişikliyə əsasən 2022-ci il 1 yanvardan etibarən tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətləri əldə edən istehlakçılar belə xidmətlərə görə ödənilmiş məbləğlərə görə ƏDV-nin geri qaytarılması hüququndan istifadə edə biləcəklər".
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 3 gün sonra
- 15 d. əvvəl
-
- 19 d. əvvəl
- 21 d. əvvəl
-
59 d. əvvəl
Bizneslər üçün şans - Ulduzlu qısa nömrələr pulsuz aktivləşdiriləcək
-
1 saat əvvəl
Azərbaycan ilə Şimali Kipr arasında müntəzəm çarter reysləri başlayacaq
- 1 saat əvvəl
-
1 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
-
2 saat əvvəl
"Dünyanın gəmiləri, mühərriklərinizi işə salın. Qoy neft axsın!"
- 2 saat əvvəl
-
2 saat əvvəl
ABŞ və İran təxminən 4 ay davam edən müharibəni başa çatdırmaq üçün razılaşıblar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Hörmüzdə nəqliyyatın normallaşması aylar çəkə bilər
İsveçrə "10 milyonluq ölkə" limitinə "yox" deyib
Bizneslər üçün şans - Ulduzlu qısa nömrələr pulsuz aktivləşdiriləcək
Qızıl sülh xəbəri ilə bahalaşır
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
Ən çox oxunanlar
"Dünyanın gəmiləri, mühərriklərinizi işə salın. Qoy neft axsın!"
Neft kəskin ucuzlaşdı - Səbəb ABŞ və İranın müharibəni bitirmək, Hörmüz boğazını yenidən açmaq barədə razılaşmasıdır
Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur
Prezidentin regionların inkişafı çağırışına dəstək: "Prime Cotton" baş ofisini Mingəçevirə köçürür
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
İyunun 14-də gözlənilən hava şəraiti





















