“AzerGold” qızıl və gümüş satışından 145 milyon gəlir planlaşdırır
“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) əməkdaşlıq etdiyi dünyanın ən iri affinaj şirkətlərindən biri olan İsveçrənin nüfuzlu “Argor-Heraeus” şirkətinin nümayəndəsi Feydon Stamatopulos Cəmiyyəti ziyarət etmək məqsədi ilə Azərbaycana səfərə gəlib.
Bu barədə “AzerGold” QSC-dən məlumat verilib.
31 may-2 iyun tarixlərində Azərbaycanda səfərdə olan şirkət nümayəndəsi Cəmiyyətin Daşkəsəndə yerləşən Çovdar filiz emalı sahəsinə baş çəkib, mədənin iş quruluşu, fəaliyyət prinsipləri ilə yerində tanış olub. F.Stamatopulos Çovdarda qurulmuş işin beynəlxalq standartlara cavab verdiyini bildirərək “AzerGold”un fəaliyyətini yüksək qiymətləndirib.
Sonra “AzerGold” QSC-nin Bakıda yerləşən baş ofisində Cəmiyyətin idarə heyətinin sədri Zakir İbrahimovla “Argor-Heraeus” nümayəndəsi arasında görüş keçirilib. Tərəflər arasında məhsuldar müzakirələr aparılıb, əməkdaşlıq imkanlarının daha da genişləndirilməsi, yeni layihələrlə əlaqədar fikir mübadiləsi aparılıb.
“AzerGold” QSC Çovdar filiz emalı sahəsində istehsal olunmuş 67 ədəd qızıl-gümüş tərkibli xəlitəni iyun ayında İsveçrə şirkətinə göndərərək saflaşdıracaq və daha sonra əldə olunacaq qızıl və gümüş beynəlxalq birjada satışa çıxarılacaq. Cəmiyyət ötən ay isə “Argor-Heraeus” vasitəsilə 66 ədəd qızıl-gümüş tərkibli xəlitəni affinaj olunaraq satılmasına nail olmuş və Azərbaycan iqtisadiyyatına 35 milyon manata yaxın vəsait qazandırmışdı. Ümumilikdə, ilin sonunadək “AzerGold” QSC 2017-ci qızıl və gümüş satışından 145 milyon manata yaxın gəlir əldə etməyi planlaşdırır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 19 saat sonra
-
-
12 d. əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
Ən çox oxunanlar
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nigeriyanın texnologiya rəhbəri Bakıda: Azərbaycanla gələcək layihələr müzakirə edildi





















