"Beynəlxalq Bankın səhmlərinə maraq artıb"
“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) aktivlərin sağlamlaşdırılması ilə bağlı görülən tədbirlər, o cümlədən dövlətin Bankın xarici öhdəliklərini üzərinə götürmək istəyi maliyyə qurumunun səhmlərinə marağı artırıb.
Bu barədə açıqlamasında ABB-nin səhmlərinin alqı-satqısı ilə məşğul olan “Kapital Menecment” investisiya şirkətinin analitiki Cəfər İbrahimli məlumat verib.
Onun sözlərinə görə, yaxın vaxtlara qədər ABB-nin nominal dəyəri 27 qəpik olan səhmlərini 7-8 qəpikdən almaq istəməyən investorlar hazırda 10 qəpikdən səhmləri almaqda maraqlıdır: “İnvestorlar bu qənaətdədir ki, ABB-nin öhdəliklərinin dövlətə ötürülməsi hesabına onun aktivləri azalsa belə, sağlam maliyyə qurumuna çevriləcək və mənfəətlə işləyəcək, son nəticədə səhmdarlara dividend də ödəniləcək".
"Öhdəliklərin ötürülməsi prosesinin hansı formada yekunlaşacağının və cari ilin maliyyə nəticələrinin Bankın səhmlərinin yeni bazar qiymətinin formalaşmasına ciddi təsir edəcəyi gözlənilir”, - deyə ekspert bildirib.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 10 saat sonra
-
-
5 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 11 saat əvvəl
-
12 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!






















