Çin 2033-cü ildə ÜDM baxımından ABŞ-ı keçəcək - PROQNOZ DƏYİŞDİ
Çin 2033-cü ildə ümumi daxili məhsul (ÜDM) baxımından ABŞ-ı keçəcək, lakin ABŞ 2050-ci ildə liderliyini bərpa edə bilər.
Marja.az xəbər verir ki, “Nikkei” qəzetinin cümə axşamı yazdığına görə, belə bir proqnoz ölkənin aparıcı mərkəzlərindən biri olan Yaponiya İqtisadi Araşdırmalar Mərkəzinin ekspertləri tərəfindən hazırlanıb.
Keçən ilin dekabrında analoji hesabatda Mərkəzin mütəxəssisləri Çinin 2028-ci ildə ÜDM-ə görə ABŞ-ı keçəcəyini proqnozlaşdırmışdılar. Bununla belə, onlar indi Çində əmək məhsuldarlığının artımında müşahidə olunan yavaşlamanı və azalan əhalinin artan təsirini (işçi qüvvəsi çatışmazlığına səbəb ola bilər) nəzərə alaraq hesablamalarına yenidən baxıblar. Xüsusən də mərkəzin mütəxəssisləri bu il Çinddə yeni doğulanların sayının respublikanın yarandığı vaxtdan bəri ən aşağı göstərici olacağını vurğulayırlar. Yapon ekspertləri hesab edirlər ki, əhalinin qocalması sosial sahəyə ayırmaların artmasına səbəb olacaq ki, bu da Pekinin yüksək texnologiyalı sənayenin dövlət tərəfindən stimullaşdırılması sahəsində imkanlarını azaldacaq.
Onların əvvəlki hesablamalara etdiyi düzəlişlər həm də ABŞ-da Prezident Co Bayden administrasiyası tərəfindən həyata keçirilən irimiqyaslı büdcə ayırmaları nəticəsində yaranan daha aktiv iqtisadi artım perspektivləri ilə bağlıdır.
Yeni hesablamalara görə, 2038-ci ildə Çinin ÜDM-i ABŞ-dan 5% çox olacaq. Bununla belə, 2040-cı illərdə fərq daralmağa başlayacaq və 2050-ci ildə ABŞ yenidən dünyada birinci yerə çıxacaq. Əvvəllər mərkəzin mütəxəssisləri bunun təxminən 2053-cü ildə baş verəcəyinə inanırdılar.
Yaponiya İqtisadi Araşdırmalar Mərkəzi 1958-ci ildə ölkənin aparıcı biznes qəzeti "Nikkei"nin nəzdində yaradılmışdır. Sonra ciddi şəkildə genişlənib, onun işində aparıcı korporasiyaların və dövlət qurumlarının mütəxəssisləri iştirak etməyə başlayıblar.Mərkəz 2010-cu ildən Yaponiya hökuməti nə bağlıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 4 saat əvvəl
-
5 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz



























