Bu bank 2021-ci ildə kapitalını 30 milyon manatdan çox artırıb
Unibank kapitallaşmanı uğurla başa çatdırıb.Unibank bu il üçün nəzərdə tutulan kapitallaşma proqramını uğurla başa çatdırıb.
Marja xəbər verir ki, bu, Bankın yaydığı məlumatda bildirilir.
Qeyd edilib ki, əhmdarların qərarı ilə həyata keçirilən kapitallaşma prosesinin yekunlaşması nəticəsində, Bankın məcmu kapitalı ümumilikdə 30 milyon manatdan çox artıb. Kapitallaşma proqramı iki komponentdən ibarət idi:
-Subordinasiya borcunun cəlb olunması yolu ilə
-Əlavə səhm buraxılışı ilə
Hər iki komponent üzrə nəzərdə tutulan kapital artımı müvəffəqiyyətlə icra edilib. Subordinasiya borcunun cəlb olunması istiqaməti üzrə “Unibank” Kommersiya Bankı tərəfindən 15 milyon ABŞ dolları məbləğində istiqraz buraxılışı həyata keçirilib. Hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olan 15 000 ədəd istiqrazın satışından Bank 25,5 milyon manat vəsait əldə edib. Bu proses oktyabrda yekunlaşıb.
Kapitallaşmanın ikinci mərhələsi olan əlavə səhm buraxılışı və bu səhmlərin yerləşdirilməsi isə ötən həftə uğurla başa çatdırılıb. Bakı Fond Birjasında hər birinin nominal dəyəri 2,72 manat olan, ümumi dəyəri 5 000 001.92 manat məbləğində, 1 838 236 ədəd sənədsiz səhmlərinin yerləşdirilməsi ilə “Unibank”ın nizamnamə kapitalı 5 milyon manat artıb. Beləliklə də Bank birinci mərhələdə 25,5 milyon manat, ikinci mərhələdə isə 5 milyon manat cəlb etməklə, məcmu kapitalını ümumilikdə 30 milyon manatdan çox artırıb. Kapitallaşmanın başa çatması nəticəsində Bankın məcmu kapitalı 111 milyon manata, nizamnamə kapitalı isə 130 686 357,60 manata çatıb.
Bankın uğurlu inkişafının və müştəri bazasının artmasının nəticəsi olaraq, aktivlərin həcmi 1 milyard manatı ötüb. Kapitalın artımı bu trendin gələn il də davam etməsinə imkan yaradır.
Kapitallaşmanın artırılması bankın uğurlu inkişafını dəstəkləmək, sahibkarlıq subyektlərinin maliyyələşmə imkanlarını artırmaq, müştərilərə yeni məhsul və xidmətlərin təqdim edilməsinə xidmət edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 20 saat sonra
- 49 d. əvvəl
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İKTA yeni şikayət indeksi və şikayətlərin orta cavablandırılma müddəti hesabatını dərc edib
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda istehsal olunan zəli məhsulları Avropa, Körfəz və Asiya ölkələrinə ixrac olunacaq
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
14 bank xalis mənfəət açıqladı - SİYAHI
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Premium Bank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
"Yelo Bank"ın xalis mənfəəti 40 faiz azalıb
"Bank of Baku"nun xalis mənfəəti 16 faiz artıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda istehsal olunan zəli məhsulları Avropa, Körfəz və Asiya ölkələrinə ixrac olunacaq
Bakıda özəl klinikanın fəaliyyəti dayandırılır
Unibank-ın xalis mənfəəti 3 dəfəyə yaxın artıb
Bakcell-in baş icraçı direktoru Klaus Müller vəzifəsindən ayrılıb
Azərbaycanda inflyasiya cüzi yavaşlayıb






.jpg)
.jpg)







.jpg)




