"Gazprom" və "Botaş" 4 illik müqavilə imzalayıb
“Gazprom Export” və Türkiyənin “Botaş” neft-qaz şirkəti "Türk axını" qaz kəməri vasitəsilə ildə 5,75 milyard kubmetr qazın tədarükü üçün yeni dörd illik müqavilə imzalayıb.
Marja xəbər verir ki, bu barədə “Gazprom Export”un yaydığı məlumatda bildirilir.
“2022-ci il yanvarın 1-dən etibarən "Botaş"a təbii qazın tədarükü üçün yeni müqavilə imzalanıb. Müqavilə 4 il ərzində “Türk axını” qaz kəməri ilə hər il 5,75 milyard kubmetrə qədər tədarükü nəzərdə tutur”, -məlumatda bildirilir.
Daha əvvəl bildirilmişdi ki, Türkiyə və “Qazprom” respublikaya qaz tədarükünü artırmaq üçün danışıqlar aparır.
2021-ci ilin 11 ayı ərzində “Gazprom” Türkiyəyə 2020-ci ilin eyni dövrü ilə müqayisədə 83,7% çox qaz tədarük edib.
Rusiya Qara dənizdən keçən iki boru kəməri ilə Türkiyəyə qaz tədarük edir. “Mavi axın” 2002-ci ilin sonunda istismara verilib və layihə gücü 16 milyard kubmetrdir. “Türk axını” ixrac qaz kəməri isə iki xəttdən ibarətdir. “Türk axını”nın ümumi gücü 31,5 milyard kubmetrdir və onun istismarına 2020-ci ilin yanvar ayında başlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 19 saat sonra
-
- 38 d. əvvəl
-
59 d. əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 2 saat əvvəl
-
3 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
Ən çox oxunanlar
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nigeriyanın texnologiya rəhbəri Bakıda: Azərbaycanla gələcək layihələr müzakirə edildi





















