Azərbaycanın ən böyük bankı 30 yaşını qeyd edir
Bank 13 minə yaxın korporativ, 2.3 milyondan çox fərdi müştəriyə universal bank xidmətləri göstərir.Regionun aparıcı banklarından olan ABB bu gün 30 yaşını qeyd edir.
1992-ci ilin 10 yanvarında fəaliyyətə başlamış Bank bu illərdə geniş inkişaf yolu keçərək Cənubi Qafqazın ən böyük maliyyə qurumlarından birinə çevrilib.
ABB ölkənin müxtəlif regionlarını əhatə edən 59 filialı, 19 şöbəsi ilə hazırda 13 minə yaxın korporativ, 2.3 milyondan çox fərdi müştəriyə universal bank xidmətləri göstərir. Bugünkü gündə ABB-də çalışan əməkdaşların sayı 2800 nəfər təşkil edir.
30 illik fəaliyyəti ərzində Bank tətbiq etdiyi yeniliklərlə, Azərbaycana gətirdiyi bankçılıq texnologiyaları ilə sektorda bir sıra mühüm ənənələr formalaşdırıb. Bu gün fəaliyyətini yeni brend kimliyi ilə davam etdirən Bank ABB adında 30 illik tarixi təcrübəsini və gələcək strateji hədəflərini bir araya gətirir.
ABB genişmiqyaslı transformasiya layihələri ilə yenilənir, rəqəmsallaşma, müştəri xidmətinin təkmilləşdirilməsi, texnologiyaların inkişafı, istedadların cəlbi və yetişdirilməsi istiqamətində mühüm nəticələr əldə edir.
Bankın İdarə Heyətinin sədri Abbas İbrahimov 30 il ərzində ABB-nin inkişafına dəstək verən bütün müştərilərə və tərəfdaşlara təşəkkürünü bildirib: “Bu 30 il çətin sınaqların, addım-addım qazanılmış nailiyyətlərin, zəngin bankçılıq təcrübəsinin tarixidir. 30 yaşımızın hər anı bizim üçün müştərilərimizin ABB-yə olan inamı ilə dəyərlidir. Bu inamla da strateji hədəflərimizə doğru irəliləyirik. Ənənələrimiz bizə müasir çağırışlara çevik şəkildə cavab vermək imkanı yaradır. Texnoloji baxımdan sürətlə dəyişən bazar trendlərinə uyğunlaşaraq müştərilərimiz üçün yeni təcrübələr formalaşdırmaqdan, universal bankçılıq həllərimizlə ölkəmizin iqtisadi inkişafına töhfə verməkdən, cəmiyyətimizə faydalı olmaqdan qürurluyuq”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
6 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)




.jpg)







