“Daşkəsən Filizsaflaşdırma”nı almaq üçün müraciət olmayıb
Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi “Daşkəsən Filizsaflaşdırma” Açıq Səhmdar Cəmiyyətinin nizamnamə kapitalının 99,22%-nin satışı üzrə (səhmlərin 0,78%-i əmək kollektivi üzvləri tərəfindən güzəştli satış vasitəsilə alınmışdır) yenidən investisiya müsabiqəsi elan edilib. Bu, sayca 5-ci müsabiqədir.
"Marja" xəbər verir ki, ASC-nin səhmləri bu ilin Mart ayının sonda satışa çıxarılmışdı. Qurumun mətbuat xidmətindən bildiriblər ki, sayca dördüncü müsabiqəyə investorlardan müraciət olmayıb.
Potensial iddiaçılar qarşısında şərtlər dəyişməyib: qara metallurgiya müəssisələri zənciri yaradılması nəzərə alınmaqla ümumi investisiya həcmi azı 600 milyon dollar olmalı, dövlət büdcəsinə azı 100 milyon manat köçürülməlidir.
İddiaçılar qarşısında qoyulan şərt və tələblər
Müəssisənin istifadəsində olan dəmir filizi mədənlərinin bazasında xammaldan son məhsula qədər istehsal zəncirini ölkə daxilində təmin edən klasterin yaradılması məqsədi ilə aşağıdakı məsələləri özündə əks etdirən və investisiya qoyuluşlarının istiqamətləri, məbləğləri və müddətləri göstərilməklə ümumi həcmi 600.000.000 (altı yüz milyon) ABŞ dollarının manatla ekvivalentindən az olmayan, 5 il ərzində icra olunacaq İnvestisiya Proqramının (biznes-plan) təqdim edilməsi:
- səhmdar cəmiyyətinin istifadəsində olan yataqlardakı dəmir filizinin mövcud qanunvericiliyə uyğun olaraq təhlükəsizlik və ekoloji standartlara riayət olunmaqla illik hasilatının həcmi ilə bağlı təklif;
- rəqabət qabiliyyətli və əlavə dəyər yaradan, idxalı əvəz edən, ixrac yönümlü son məhsul istehsalının ölkə daxilində təşkil edilməsi ilə bağlı qurulacaq istehsal zəncirinə daxil olan müəssisələrə və onların istehsal gücünə dair təklif;
- istehsal olunacaq hazır məhsulların çeşidinə dair (məsələn, ikitavr, polad künclük, şveller, pəstah, dəmir lövhə, boyalı/boyasız rulonlar və s.) təklif;
- müəssisədə aparılacaq yenidənqurma, tikinti, təmir-bərpa işlərinə dair təklif;
- yeni avadanlıq və texnologiyaların tətbiqinə dair təklif;
- yeni iş yerlərinin yaradılmasına dair təkliflər (1.000 iş yerindən az olmayaraq);
- istehsal olunacaq məhsulların satış bazarları haqqında təklif;
- təklif olunmuş investisiya həcminin ümumi məbləğinin 5 (beş) %-ə qədərinin pul vəsaiti şəklində səhmdar cəmiyyətinin hesablaşma hesabına köçürülməsi və ondan istifadəyə dair təklif (məbləğ qeyd olunmaqla).
- Dövlət büdcəsinə ödəniləcək pul vəsaitinə dair təklifin verilməsi. Təklifin minimal həddi 100.000.000 (bir yüz milyon) manat müəyyən edilməklə, maksimal həddi iddiaçılar tərəfindən təklif olunmalıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 19 saat sonra
-
- 37 d. əvvəl
-
58 d. əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 2 saat əvvəl
-
3 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
Ən çox oxunanlar
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nigeriyanın texnologiya rəhbəri Bakıda: Azərbaycanla gələcək layihələr müzakirə edildi























