"Bravo istiqrazları" qeyri-listinq siyahısına salınaraq ticarət ediləcək
"Bravo" supermarketlərinin daxil olduğu "Azərbaycan Supermarket" MMC Bakı Fond Birjasına (BFB) AZ2002023524 ISIN kodlu, faizli, təminatsız, sənədsiz adlı istiqrazlarının standart bazar seqmentindən qeyri-listinq siyahısına salınması üçün müraciət etmişdir.
Birjanın yaydığı məlumata görə, müraciət məktubuna cavab olaraq, Listinq Komitəsinin qərarı ilə "Azərbaycan Supermarket" MMC-nin istiqrazları qeyri-listinq siyahısına salınmışdır.
Qeyd edək ki, 14 mart 2022-ci il tarixindən Azərbaycan Supermarket MMC-nin istiqrazları qeyri-listinq siyahısına salınaraq ticarət ediləcəkdir.
Listinq siyahısı – Birjada listinqdə daxil edilməklə ticarətə buraxılan qiymətli kağızların siyahısıdır. Listinq tələblərinə cavab verən qiymətli kağızlar Listinq Komitəsin müvafiq olaraq əsas və ya standart bazar seqmentində listinqə qəbul edilir.
Qeyri-listinq siyahısı – Birjada listinqə daxil edilmədən ticarətə buraxılan qiymətli kağızların siyahısıdır.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 21 d. əvvəl
-
- 25 d. əvvəl
- 50 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanda ilk Korporativ Travel & Expense kartı təqdim edildi - Şirkətlər üçün yeni imkanlar
-
1 saat əvvəl
“Nağd pul ofisi”nin fəaliyyəti dayandırılır, xidməti ABB və Kapital Bank göstərəcək
-
1 saat əvvəl
Yeni şərtlər, yeni alətlər: UForex-də spredlər yarıya endirildi
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AFB Bank uzunmüddətli strategiyasını açıqlayıb
"Uber" biznesini 7 Avropa ölkəsinə genişləndirir
Azərbaycanda ilk Korporativ Travel & Expense kartı təqdim edildi - Şirkətlər üçün yeni imkanlar
Yeni şərtlər, yeni alətlər: UForex-də spredlər yarıya endirildi
Yaponya iqtisadiyyatı cüzi artıb
Azərbaycan şirkətlərinin iştirakı ilə Avropa ölkəsində 500 meqavatlıq elektrik enerjisi stansiyası tikiləcək
Qlobal elektromobil satışı yanvarda azalıb
Anthropic-in dəyəri 380 milyard dollara çatıb
Rəsmi məzənnələr açıqlandı
"Əminəm ki, biz Azərbaycana çox məhsullar təqdim edə bilərik"























