Hitachi-dən 1,6 milyard dollarlıq səhm satışı
Yaponiyanın sənaye nəhəngi Hitachi, tikinti avadanlığı istehsalçısı Hitachi Construction Machinery bölməsinin təxminən 51 faizini 182,5 milyard yen (1,6 milyard dollar) qarşılığında İtochu şirkətinə və Japan Industrial Partners sərmayə fonduna satacaq.
Marja xəbər verir ki, Tokioda yerləşən Hitachi, şirkətin Hitachi Construction Machinery-dəki 26,1% payını hər bir səhm üçün 3300 yen qarşılığında satacağını açıqlayıb. Səhm dünən 2976 yen səviyyəsində bağlanıb. Səhmlərin 25,4 faizinin "Japan Industrial Partners" tərəfindən alınacağı açıqlanıb.
1970-ci ildə qurulan Hitachi Construction Machinery, keçən maliyyə ilində 813,3 milyard yen satış etdiyini bildirib. Şirkətdə dünya üzrə təqribən 25 min nəfər çalışır.
Hitachi, keçən iyul ayında ABŞ-ın proqram təminatı inkişaf etdirən şirkəti GlobalLogic-i 9,6 milyard dollara satın alıb. Aprel ayında Hitachi Metals-in 3,5 milyard dollarlıq səhmlərinin ABŞ-ın Bain Capital investisiya fondunun rəhbərlik etdiyi qrupa satışı tənzimləyici orqanlar tərəfindən təxirə salınmışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
2 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
-
9 saat əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
10 saat əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
11 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 12 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI





















