"Ukraynanın işğalı Rusiyanı “dəhşətli bataqlığa” sürükləyəcək"
Britaniya Xarici İşlər Nazirliyi Rusiyaya Ukraynada “yeni Çeçenistan” olacağını proqnozlaşdırıbBöyük Britaniyanın xarici işlər naziri Liz Truss deyir ki, Ukraynanın işğalı Rusiyanı Əfqanıstanda və ya Çeçenistanda olduğu kimi ilişib qalacağı “dəhşətli bataqlığa” sürükləyəcək.
Truss deyib ki, Kreml "tarix dərslərini öyrənməyib".
Nazirin sözlərinə görə, hərbi əməliyyat başlasa, bu, Rusiya prezidenti Vladimir Putinin "böyük strateji səhvi" olacaq və onun nəticəsi miqyasına görə Sovet qoşunlarının Əfqanıstana müdaxiləsi qurbanlarının sayı ilə müqayisə edilə bilən insan itkisi olacaq.
“Müttəfiqlərlə birlikdə biz Ukraynanı dəstəkləməyə davam edəcəyik və Rusiyanı gərginliyi azaltmağa və substantiv danışıqlara başlamağa çağıracağıq. Avropada baş verənlər bütün dünya üçün önəmlidir”, - deyə Trussun sözlərini “The Guardian” sitat gətirib.
Britaniyalı nazirin sözlərinə görə, Ukrayna ilə bağlı hazırkı böhran dünyada liberal ölkələr və avtokratiyalar arasında daha böyük münaqişənin bir hissəsidir.
Avtoritar rejimlər “soyuq müharibədən bəri görmədiyimiz üsullarla cəsarətləniblər”, -Truss deyib və əlavə edib: “Onlar bütün dünyaya diktatura ixrac etmək istəyirlər. Ona görə də Belarus, Şimali Koreya və Myanma kimi rejimlər Moskva və Pekinin ən yaxın müttəfiqlərinə çevrilirlər”.
Trussun bəyanatları Cenevrədə ABŞ Dövlət Departamentinin rəhbəri Entoni Blinkenlə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında danışıqların başlamasına saatlar qalmış verilib.
Xatırlayırıq ki, Moskva NATO-dan Gürcüstan və Ukraynanı öz tərkibinə qəbul etməkdən imtina etməyi, həmçinin 1997-ci ildən sonra bloka üzv olan ölkələrdən qoşunları çıxarmağı tələb edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 gün sonra
-
21 d. əvvəl
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
-
- 23 d. əvvəl
- 20 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
Paşinyan qələbəsini elan edib
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 6 GÜN
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Ən çox oxunanlar
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub

















.jpg)





