“AFB Bank”ın xalis mənfəəti kəskin artıb
“AFB Bank” 2021-ci ili 9 milyondan artıq xalis mənfəətlə başa vurub.Ölkənin qabaqcıl banklarından olan “AFB Bank” ASC 2021-ci ili 9 milyon 303 min manat xalis mənfəətlə başa vurub.
Bankın yaydığı press-relizdə bildirilir ki, keçən ilin müvafiq dövründə bu göstərici 5 milyon 388 min manat idi ki, bu da müqayisədə xalis mənfəətin 3 milyon 914 min manat və ya 73 % artmı deməkdir.
Məlumatda qeyd edilib ki, xalis haqq və komission gəlirləri üzrə isə 5,5 milyon gəlir əldə edilmişdir ki, bu da ötən il ilə müqayisədə 22% artım deməkdir.
Problemli kreditlərin həlli istiqamətində görülmüş işlərin nəticəsi olaraq mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan geri qayıtarılma ötən il ilə müqaisədə 2 dəfəyə yaxın artmışdır.
Bankın Məcmu kapitalının və I dərəcəli kapitalının adekvatlıq əmsalı Mərkəzi Bankın normalarından dəfələrlə artıqdır. Belə ki, Məcmu kapitalın adektvatlıq əmsalı MB normasına əsasən 10% həddində müəyyən edilmişdir ki, Bankın bu göstəricisi 46% təşkil edir, müvafiq olaraq da I dərəcəli kapitalın norması 5% olsa da, Bankda bu göstərici 40%-dən çoxdur.
Qeyd edək ki, bankın Məcmu kapitalı 80 milyon manat təşkil edir.
Azərbaycan Respublikasının Mərkəzi Bankının tələblərinə uyğun olaraq, AFB Bank hər rüb məcmu kapital da daxil olmaqla, maliyyə hesabatını rəsmi saytında açıqlayır.
Hazırda bank 7 filial və 4 şöbəsi ilə həm hüquqi, həm də fiziki şəxslər üçün müxtəlif bank xidmətlərini təklif edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
14 d. əvvəl
"NEQSOL Holding"in şirkətləri Azərbaycanda ən iri vergi ödəyiciləri sırasında
-
- 18 d. əvvəl
- 35 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
AccessBank-ın 2026-cı ilin 1-ci rübü üzrə maliyyə vəziyyəti açıqlandı
- 2 saat əvvəl
-
3 saat əvvəl
Kapital Bank güzəştli kreditlərin verilməsinə dair müqavilə imzalayıb
-
3 saat əvvəl
Azərbaycan Kredit Bürosu ilə Çinin Pudao Kredit Bürosu arasında görüş keçirilib
-
3 saat əvvəl
Azərbaycanda orta maaş 5 faizdən çox artaraq 1099,1 manat təşkil edib
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
"AccessBank" 13 milyon manata yaxın xalis mənfəət açıqladı
Aprelin 15-də gözlənilən hava şəraiti
Bank omayan kredit təşkilatı mənfəətdən zərərə keçib
Ən çox oxunanlar
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
3 ayda Naftalana 9 minə yaxın yerli və xarici turist gəlib
Xalq Bank I rübün yekunlarını açıqladı
Çinin ixracı yavaşlayıb





.jpg)










.jpg)






