Əhalinin əmanətlərində tarixi maksimum
31 dekabr 2021-ci il tarixinə fəaliyyətdə olan bankların cəmi aktivləri 38 milyard 462.2 milyon manat, cəmi öhdəlikləri 33 milyard 492.9 milyon manat, balans kapitalı 4 milyard 969.3 milyon manat olmuşdur.
Marja.az Mərkəzi Banka istinadən xəbər verir ki, ilin əvvəlindən bank sektorunun cəmi aktivləri, cəmi öhdəlikləri və balans kapitalı müvafiq olaraq 20%, 22.4% və 5.7% artmışdır.
Cəmi aktivlərin 43.3%-i kredit portfelindən ibarətdir. Kredit portfelinin artım trendi dekabr ayında da davam etmişdir (+2.3% və ya 377.1 milyon manat; orta aylıq artım tempi 1.5%).
Ümumilikdə, 2021-ci il ərzində bankların kredit portfeli 17.7% (2 milyard 502.1 milyon manat) artaraq 16 milyard 659.1 milyon manat təşkil etmişdir.
2021-ci ilin dekabr ayında cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1.9 faiz bəndi azalaraq 4.2% təşkil etmişdir.
Öhdəliklərin strukturunda depozit portfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 80.4%-i və ya 26 milyard 938.3 milyon manat. Bankların depozit portfeli dekabr ayında 8.9% (2 milyard 194.7 milyon manat) artmışdır (ilin əvvəlindən 30% artım). Artımın əsas drayveri hüquqi şəxslərin tələbli depozitləri olmuşdur (ilin əvvəlindən ümumi artımın 94%-i).
Əhalinin əmanətləri (sahibkarlıqla məşğul olan fiziki şəxslər istisna olmaqla) dekabrda əvvəlki ayla müqayisədə 1.7% (151.5 milyon manat), ötən ilin müvafiq dövrünə nəzərən isə 12.3% (987.8 milyon manat) artaraq 9 milyard 32.4 milyon manat təşkil etmişdir (tarixi maksimum).
Əmanət portfelinin 59.1%-i (5 milyard 339 milyon manat) müddətli əmanətlərdən ibarətdir. Fiziki şəxslərin əmanətlərinin dollarlaşması ilin əvvəlinə nəzərən 9.8 faiz bəndi azalaraq 41% təşkil etmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
12 d. əvvəl
"NEQSOL Holding"in şirkətləri Azərbaycanda ən iri vergi ödəyiciləri sırasında
-
- 16 d. əvvəl
- 33 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
AccessBank-ın 2026-cı ilin 1-ci rübü üzrə maliyyə vəziyyəti açıqlandı
- 2 saat əvvəl
-
3 saat əvvəl
Kapital Bank güzəştli kreditlərin verilməsinə dair müqavilə imzalayıb
-
3 saat əvvəl
Azərbaycan Kredit Bürosu ilə Çinin Pudao Kredit Bürosu arasında görüş keçirilib
-
3 saat əvvəl
Azərbaycanda orta maaş 5 faizdən çox artaraq 1099,1 manat təşkil edib
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
"AccessBank" 13 milyon manata yaxın xalis mənfəət açıqladı
Aprelin 15-də gözlənilən hava şəraiti
Bank omayan kredit təşkilatı mənfəətdən zərərə keçib
Ən çox oxunanlar
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
3 ayda Naftalana 9 minə yaxın yerli və xarici turist gəlib
Xalq Bank I rübün yekunlarını açıqladı
Çinin ixracı yavaşlayıb






.jpg)










.jpg)







